Şrift:
ATƏT-in Minsk Qrupu həmsədrləri monitorinq zamanı sərhədi Azərbaycan tərəfə keçəcəklər
28.11.2011 [12:23] - Gündəm
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində baş tutacaq.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sərhədi Azərbaycan tərəfə keçmələri nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed