15.11.2013 [17:20] - Xəbərlər, İdman
Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində azərbaycanlı boksçu yarımfinal mərhələsində erməni rəqibini məğlub edərək finala yüksəlib.
70 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Hüseyn Tarverdili ½ finalda Vardan Kosyanla üz-üzə gəlib. Azərbaycan boksçusu erməni rəqibini 30:28 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bundan əvvəl 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanmışdı - 3:0.
Xatırladaq ki, digər 3 idmançımız da yarışın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |