Şrift:
Müdafiə naziri Azərbaycanın işğal faktı ilə barışmayacağını vurğulayıb
16.11.2013 [11:28] - Hərb
Noyabrın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib.

Müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyini, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran müdafiə naziri deyib ki, Ermənistanın işğal etdiyi torpaqların azad olunması region üçün vacibdir. Nazir Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını vurğulayıb.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

“Media forum” saytı Müdafiə Nazirliyinin internet səhifəsinə istinadla xəbər verir ki, Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed