16.11.2013 [12:09] - Gündəm, Türk dünyası-Turan
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda Bəyannamə imzalanıb.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda bir sıra sənədlər imzalanıb.
Azərbaycan və Türkiyə hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı - TUBİTAK-ın sədri Yücəl Altınbaşaq imzaladılar.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.
Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.
Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Sazişi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkiyənin daxili işlər naziri Muammer Gülər imzaladılar.
Azərbaycan və Türkiyə hökumətləri arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik imzaladılar.
Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyip Ərdoğan isə sonda toplantının yekun Bəyannaməsini imzalayıblar.

Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |