Şrift:
Ahısqa türklərinin sürgünündən 69 il ötür
16.11.2013 [12:41] - Gündəm, Türk dünyası-Turan
Ahısqa türklərinin öz vətənləri olan Gürcüstanın Ahısqa şəhəri, Abastuban, Adıgön, Aspinza, Axılkelek, Azqur, Xırtız qəsəbələri və 200-ə yaxın kəndindən sürgün edilməsindən 69 il ötür. Məlumata görə, 1944-cü ildə Stalinin göstərişi ilə 90 538 Ahısqa türkü 2 saat ərzində qatarlara mindirilərək gedəcəkləri yerə çatana qədər aşağıya düşməmək şərti ilə yük vaqonlarında Qazaxıstan, Qırğızıstan və Özbəkistana sürgün ediliblər. Bəzi məlumatlara görə, qeyri-insani şərtlərlə 6 həftə davam edən səfər vaxtı 17 000 Ahısqa türkü dözülməz şəraitdə ölüb.
Sovet ittifaqının süqutuna yaxın – 1989-cu ildə Ahısqa türkləri əsasən Fərqanədə bəzi təxribatlar nəticəsində etnik zorakılıq hadisələrinə məruz qalır və yenidən mühacirətə məcbur edilirlər. Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində məskunlaşan və hazırda sayları 600 minə yaxın olan Ahısqa türkünün əsas arzusu bir gün öz torpaqlarına qayıtmaqdır.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed