18.11.2013 [10:41] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Bu kitabda Osmanlı, Azərbaycan və Çağatay ləhcələrində yazılmış təqribən 500 kitab haqqında məlumat verilib.
Ətf nəşriyyatı tərəfindən yenicə nəşr edilmiş 244 səhifəlik “Türkcə daş çapı kitablar siyahısı” kitabında əksəriyyəti İran kitabxanalarında mövcüd olan Osmanlı, Azərbaycan və Çağatay ləhcələrində yazılmış təqribən 500 kitab haqqında məlumat verilib. Araşdırmaçı Məcid Qulami Cəlisə tərəfindən çapa hazırlanmış kitabın giriş bölümündə yazılıb ki, “İranda çap sənayesi ilk dəfə Təbrizə gətirilib, ancaq buna baxmayaraq 200 il keçdikdən sonra İranda türk dilində çap edilmiş kitablarla bağlı dəqiq statistik məlumat yoxdur.”
Araşdırmaçılar İranda çap edilmiş ilk modern dərslik kitabının da türk dilində olduğunu irəli sürürlər. Məktəb uşaqları üçün yazılmış “Vətən Dili” kitabını İran və Güney Azərbaycanda ilk müasir təlim-təhsil üsullarını tətbiq edən Mirzə Həsən Rüşdiyyə hazırlamışdı.
Qeyd edək ki, kitabda minlərlə türkcə kitabın İranda yandırılması ilə bağlı iddialar da var.

Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |