Şrift:
Ağ Ev: İranın bank, sığorta və neft sektoruna qarşı sanksiyalar ləğv edilməyəcək
18.11.2013 [10:51] - Güney Azərbaycan xəbərləri, Siyasət
“Hazırda İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri çox çətin irəliləyir”.Bunu ABŞ prezidentinin strateji əlaqələr üzrə müşaviri Ben Rodz bildirib.



Onun sözlərinə görə, bununla belə İranla razılığın əldə olunması məsələsində xeyli yol qət edilib: “Biz fikirlərimizi bir-birinə yaxınlaşdırmağa müvəffəq olmuşuq. Bu səbəbdən razılığın əldə olunmasına artıq çox yaxınıq. Ancaq buna baxmayaraq müzakirələr çox çətin olacaq”.



Ağ Ev rəsmisi həmçinin deyib ki, ABŞ İranın bank, sığorta və neft sektoruna qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək: “Hətta İranla razılıq əldə olunacağı təqdirdə belə, həmin sanksiyalar öz qüvvəsində qalacaq”.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed