Şrift:
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
18.11.2013 [11:08] - Gündəm, Sosial
Azərbaycanda ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, noyabrın 16-da komissiya Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunub. Sualların 80-ni namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.



İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 350 nəfərdən 39-u imtahana gəlməyib. Ümumi nəticədə 55 və daha çox bal toplayan 147 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed