18.11.2013 [12:14] - Gündəm, Türk dünyası-Turan
Təyyarə qəzasında ölənlərin ailələri 1 milyon rubl ehtiyat fondunun hesabına müavinət alacaq
Tatarıstan prezidenti Rüstəm Minnixanovun fərmanı ilə 18 noyabr ölkədə matəm günü elan edilib.Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ölkənin baş naziri Yuri Kamaltınov bildirib.
Onun sözlərinə görə, qəzada ölənlərin ailələri eyni zamanda 1 milyon rubl ehtiyat fondunun hesabına müavinət alacaq. O həm də, sərnişinlərin hamısının siğortalandığı üçün ödəniş alacaqlarını da xatırladıb.
Xatırladaq ki, ötən gün Tatarıstanda təyyarənin qəzaya uğraması nəticəsində 44 sərnişin və 6 heyət üzvünün hamısı həlak olmuşdu. Ölənlər arasında Tatarıstan prezidenti Rüstəm Minnixanovun böyük oğlu İnnek Minnixanov da var.

Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |