28.11.2011 [13:46] - Gündəm
Fransanın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin missiyasının başa çatması ilə bağlı məlumat yayıb.
Səfirlikdən verilən məlumatda bildirilir ki, səfir Bernar Fasye Minsk Qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq.
“Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş səfir Jak For öz missiyasına hazırlaşır və hazırda Minsk Qrupunun Fransa-ABŞ-Rusiya həmsədrliyinin fəaliyyətini öyrənməkdədir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, B. Fasie vasitəçi qismində noyabrın 28-də regiona sonuncu dəfə səfər edəcək.
O, 2005-ci ildən Fransanı Minsk qrupunda təmsil edir.

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |