Şrift:
Azərbaycandan Türkiyəyə maşınla iki saata getmək mümkün olacaq
18.11.2013 [12:32] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Ərdahan vilayətində Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsinin tikintisinə başlanılıb
Azərbaycan Türkiyənin Ərdahan vilayətində Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsinin təməlqoyma mərasimi keçirilib. Azərtac-ın verdiyi məlumata görə, mərasimdə çıxış edən Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıçı, Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu və Ərdahan valisi Seyfəddin Əzizoğlu bildiriblər ki, 10 aydan sonra istifadəyə veriləcək bu sərhəd məntəqəsi Gürcüstan və Azərbaycana alternativ yol olmaqla yanaşı, Ərdahan vilayətinin sosial-iqtisadi inkişafına da təkan verəcək. Sərhəd məntəqəsinin Gürcüstan tərəfində magistral avtomobil yolunun təmirinə göstərdiyi köməyə görə Azərbaycan dövlətinə təşəkkür ifadə edilib.

2014-cü ilin avqust ayında istifadəyə veriləcək Çıldır-Aktaş sərhəd məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan avtomobillə iki saata gəlmək mümkün olacaq.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed