Şrift:
Türk və alman futbolçular xeyriyyə matçı oynadı
18.11.2013 [12:42] - Gündəm, İdman
Xeyriyyə matçının gəlirlərinin əhəmiyyətli bir qisimi Filippində sel fəlakətindən zərər çəkənlərə göndəriləcək

Dünya Türk və alman veteran futbolçular filippinli uşaqlar üçün xeyriyyə matçı oynadılar.Türkiyə mətbuatının verdiyi məlumata görə, bir vaxtlar türk və alman milli formasını geyən ulduzlar "Uşaqlar üçün bir ürək " adlı kampaniya çərçivəsində qarşı-qarşıya gəlib. Almaniyanın Gelsenkirşen şəhərindəki Veltins Arenanada keçirilən oyunda Türkiyə Almaniyanı 7-2 hesabı ilə məğlub edib.

Xeyriyyə matçının gəlirlərinin əhəmiyyətli bir qisimi Filippində sel fəlakətindən zərər çəkənlərə göndəriləcək. Qalan qismi də Türkiyə və Almaniyada yaşayan kimsəsiz uşaqlar üçün xərclənmək üçün bəzi kömək quruluşlarına çatdırılacaq.

Qeyd edək ki, matçda Türkiyə baş məşçiliyini Bursasporun məşqçisi Kristof Daum boynuna götürüb. Türkiyə yığmasında kapitan Bülent Korkmaz, Ayhan Akman, Yıldıray Baştürk, Ümit Davala, Ahmet Dursun, Ceyhun Eriş, Tayfur Havutçu, Kerem İnan, Ümit Karan, Torpaq Kurtoğlu, Tayfun Qorqud, Tümer Metin, Alpay Özalan, Rüştü Reçber, Soner Tolungüç, İbrahim Üzülməz və Hakan Ünsal yer alıb.

Almaniya yığmasında isə Felix Magat rəhbərliyində Rüdiger Abramzik, Mario Basler, Stefan Beinliç, Fredi Bobik, Tomas Brdarik, Guido Buşvald, Hans Jörq Fisşer, Tomas Hass, Horst Heldt, Jürgen Köhler, Oliver Kreutzer, Jens Lehman, Martin Maks, Oliver Neyvile , Karsten Ramelov, Tomas Riedl, Karl -Haynz Riedl, Manfred Şvab, Andreas Tom, Olaf Ton , Herbert Vaas və Dariuz Vozdan meydana çıxıb.

Türkiyəli veteran futbolçulardan Əhməd Dursun dörd qol, Yıldıray Baştürk iki qol və Ümit Karan isə bir qol vura bilib. Almaniya millisindən isə Mariyo Basler və Kristian Şreier fərqlənə bilib. Türkiyə-Almaniya matçını təxminən iyirmi min adam izləyib.
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed