Şrift:
Azərbaycanın məşhur dilçi alimi vəfat etdi
18.11.2013 [14:11] - Gündəm, Hadisə
Bu gün Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan professor, filologiya elmlər doktoru Yusif Seyidov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə alim bu gün səhər 84 yaşında vəfat edib.

“Azərbaycan Dövlət mükafatı” laureatı olan Yusif Seyidov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və onun tədris metodikası kafedrasının əsasını qoyaraq, 1965-ci ildən dünənə qədər oranın rəhbəri olub. Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb.

1929-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş Y.Seyidov gənc kadr kimi 1967-ci ildə professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz, Yusif Seyidova minnətdardır.
ALLH RƏIHMƏT ELƏSİN
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed