28.11.2011 [13:48] - Gündəm
Noyabrın 29-da Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana rəsmi səfər edəcək. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze keçirdiyi ənənəvi brifinqdə bildirib ki, bu, Ermənistan prezidentinin Gürcüstana ikinci səfəridir: “Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir çox aktual məsələlərin müzakirəsi planlaşdırılıb. Səfər zamanı sərhəd əməkdaşlığı, standartlaşma və idman sahəsinə aid bir neçə saziş imzalanacaq. İki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq barədə protokol imzalanması da planlaşdırılıb”.
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |