19.11.2013 [12:34] - Gündəm, Sosial
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinn İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinn İnkişafına Dövlət Dəstəyi Fondu 2013-cü ilin İnformasiya Texnologiyaları ili elan olunması ilə əlaqədar
keçirilən fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
Müsabiqənin mövzuları
- Azərbaycanda sosial şəbəkələrin müasir inkişaf tendensiyaları
- İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu
- Azərbaycan virtual məkanda
- İnternetdə və informasiya cəmiyyətində insan hüquqları
- Mobil nömrə daşınmasının istifadəçi hüquqlarının qorunmasında rolu: gözləntilər və üstünlüklər
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1.Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə oəftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi «qara siyahı»ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazıda «Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün» qeydi göstərilməlidir.
5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində — 12, diskdə) variantları təqdim olunmalıdır.
6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.
7. Yazılar müəlliflər tərəfindən şəxsən rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır. Yazıların qəbulu dekabrın 18-də, saat 16:00-da başa çatır.
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2. Şəxsi VÖEN və surəti.
3. Şəxsi bank rekvizitləri.
4. Şəxsiyyət vəsiqəsi və surəti
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Qiymətləndirmə meyarları:
- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
I yer — 1000 manat
II yer — 800 manat
III yer — 600 manat
Həvəsləndirici mükafat — 300 manat
Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |