20.11.2013 [09:43] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Əli Rza Xələfli-60
2008-ci ilin qış ayı idi. Bir gün həmkarım Fəridə Ləman mənə telefon açdı və dedi ki, gəl gedək «Kredo» qəzetinə sənin çapdan çıxmış kitablarının təqdimatını edək. Açığını deyim ki, yaradıcı aləmdən kənarda işlədiyim üçün və bu qəzet satışda olmadığına görə adını birinci dəfə eşidirdim. Bir çox yaxından tanıdığım adamlar da «Kredo» qəzetinə gedib gəlsələr də, mənə o haqda bir məlumat verməmişdilər. Bu mənada dəyərli ziyalı xanım Fəridə Ləmanın bu xeyirxah addımını heç zaman unutmayacağam. Biz «Kredo» qəzetinin redaksiyasına gəldik. Qəzetin baş redaktoru, cəfakeşi, ədəbiyyat yolunda ömrünü, günü şam kimi əridən Əli Rza Xələfli ilə ədəbi tanışlığım belə başladı. Açığını deyim ki, qəzeti əlimə alıb səhifələriylə tanış olanda heyrətdə qaldım. Sanki qəzet başdan-başa ədəbi aləmin söz tutumlu, söz urvatlı alimlərinin, şairlərinin, yazıçılarının, ümumilikdə bütün ziyalı təbəqənin ədəbi ocağı idi. Bu ocağın işığı gözlərimdə ulduz kimi parladı, könlümü, ruhumu riqqətə gətirdi. Bütün redaksiyalardan qaçan, tənhalığı özünə əbədi bir meyar seçən ürəyim elə bil illərlə bu qəzetin, bu ocağın axtarışında olmuşdu. Sanki Fəridə xanım həmən gün illər boyu həsrətini çəkdiyim bir məbədin, bir ədəbi hücrənin qapsını tanıtdırdı mənə… Qapnı açıb içəri girəndən bu qəzetdə bir doğmalıq, bir istiqanlılıq gördüm. Mən baş redaktorun timsalında ədəbiyyatın bütün ağrı-acıları ilə cilalanmış, ürəyi söz kəhkəşanıyla dolu bir insanın narahat baxışlarıyla qarşılaşdım.
Bu bütün ədəbiyyat aləmimizin tanıdığı, bildiyi Əli Rza Xələfli idi. O gün mən ona illər öncə çapdan çıxmış kitablarımı təqdim etdim. Bu kitablar çox adamlara təqdim olunmuşdu, amma bəziləri susmuş, bəziləri isə qısaca nə isə yazmaqla mənə vəfadarlıq etmişdilər…
Həmən günün axşamı Əli Rza müəllim evimizə telefon açdı və mənim çapdan çıxmış kitablarım barədə bir çoxları kimi qısqanclıq hissi keçirmədən könül dolusu xoş sözlər söylədi və haqqımda kitab yazmaq qərarına gəldiyini bildirdi. Bu söz kəhkəşanı ilə aşıb-daşan insan o axşam mənim ilham pərimə qol-qanad verdi. Düşündüm ki, İlahi, illərlə yazıb çap elətdirdiyim kitablarıma olan susqunluğa, sükuta, laqeyidliyə son qoyuldu. Deməli, çoxlarının gözünü qamaşdıran «Kredo»nun istisi ətrafın soyuqluq buzları ilə üşüyən kitablarımı öz ədəbi atəşi ilə isidəcəkdi, mənim bir şair olaraq yazdıqlarımı ətrafa faş edəcəkdi! Bundan böyük xoşbəxtlik bir yazarçın nə ola bilərdi ki, yaradan mənə bu bəxtiyarlığı nəsib etmişdi. Beləliklə, 2008-ci il boyu, Əli Rza Xələfli tam düz bir il «Kredo» qəzetinin səhifələrində haqqımda və yaradıcılığım barədə yazdığı «Adı Şadiman olanın…» kitabını hissə-hissə çap etdi. 2009-cu ildə isə onu kitab halında çap etdik. Kitab çap olunanda çox sevinirdim, necə deyərlər sevincimin həddi-hüdudu yox idi. Bu sevinc ona görə idi ki, illərin sükut buzları ərimişdi, bu kitab mənim yazdıqlarım haqqında ilk qaranquş, ilk kimlik, ilk diləkçə idi. Bu diləkçəni yazıb kitab halında araya-ərsəyə çatdıran isə heç kəsin yaradıcılıq aləminə həsəd aparmayan, və həsədi paxılıq səviyyəsinə qaldırmayan, böyük söz xiridarı Əli Rza Xələfli ətə-qana gətirdi.
Bir il içində «Kredo»da gen-bol publisist yazılarım, şeirlərim, poemalarım çap olundu. «Kredo» qəzetində çap olunan poemalarımdan biri «Burdan bir atlı keçdi» Əli Rza müəllimin diqqətini çəkdi. O, mənə zəng edib dedi ki, bu poema məni çox həyacanlandırıb, mütləq ondan bir kitab yazacam, ürəyim doludur. Açığını deyim ki, mən etiraz da etdim, dedim ki, məndən təzə yazmısınız, sonra deyərlər ki, ancaq Şadimandan yazır.
Dedi: Yox e, məni bu poema həyacanlandırıb, mən mütləq ondan yazmalıyam.
Mən də dedim ki, bu poema olmuş hadisədən götürülüb və heç nə orda uydurulmayıb, yəni yazar təxəyyülünün məhsulu yox, həyatda baş vermiş qərbi Azərbaycandan olan bir qəhrəman insanımızın hekayəsidir. Əli Rza Xələfli həmin poema əsasında yazdığı publisist kitaba «Axtala Əfsanəsi» adı verdi. Bu kitab da 2010-cu ildə həyata vəsiqə aldı. Təkcə bir poemam haqqında yazılan bu kitab, yaradıcılığım barədə yazılmış onun ikinci kitabı oldu. Mən artıq «Kredo»ya və orda işləyən işçilərə elə bağlanmışdım ki, onları bir həftə görmiyən kimi darıxırdım, elə bil nəisə itirirdim. Yenə də həmin ili redaksiyaya gəlib-gedən jurnalist Nəzirməmməd Zöhrablı bu ocaqda mənim kitablarımı gördü, diqqətini cəlb etdi və «Üç rəngli bayrağa bürünmüş şairə» kitabını yazdı və kitab 2010-cu ildə çap olundu. İstəkli oxucular, görün bu redaksiyanın işığı, nuru nə qədər mənim yaradıcılıq yoluma şəfəq saçdı…Üç ilin içində artıq mənim və yaradıcılığımın haqqında 3 kitab hasil olmuşdu. Bütün bunlarının səbəbkarı isə «Kredo» və onun başında duran Əli Rza Xələfli idi.
2011-ci ildə Ağdam bölgəsinin Orta Qərvənd kənd sakini doqquz yaşlı Fariz Bədəlovu düşmən snayperi öz evlərinin həyətində vurmuşdu. Biz də bir qurup yazar qadınlar Azadə Talehin səbəbkarlığı ilə həmən hadisə baş verən kəndə, şəhid balamızın qırxına getmişdik. Doğurusu o yerlər bizi həm çox həyəcanlandırmışdı, həm də qeyzləndirmişdi. Öz torpağımızda düşmən səngərlərinin 300 metirliyində idik. Kənd evləri yağı güllərindən dəlik-deşik idi, körpəcə balasını itirmiş ananın hönkürtüləri indi də qulaqlarımdan getmir…Bu nə vəhşilikdir, İlahi, axı davanı böyüklər edir, həyata təzəcə göz açmış balaların nə günahı?!... Qafqaza bu qanı salanların Tanrı cəzasını versin…
Müharibə bölgəsindən, Qarabağdan qayıdandan sonra mənim Qarabağ haqqında silsilə şeirlərim yarandı, onlardan biri də hələ həyatın, ağrı-acısını dadmamış körpəcə şəhidimiz Fariz Bədəlova həsr etdiyim poema oldu. Bu nəzim dili ilə yazılan hekayə idi. Həmin nəzm-hekayəni bütün ruhumla bağlandığım «Kredo» qəzeti redaksiyasına gətirdim. Əli Rza Xələfli məmmuniyyətlə həmin poemanı qəzetin çapa gedəcək səhifəsində dərc etdi. Bu poema da Əli Rza Xələflinin sərrast diqqətindən yayınmadı. Və həmin poemanın motivləri əsasında onun «Qırmızı Həqiqətlər» adlı publisist kitabı hasil oldu.
Beləliklə, bu böyük insan, böyük ziyalı, dəyərli Vətən oğlu, dəyərli söz xiridarı, bugünki ədəbiyyatımızın usanmaz cəfakeşi illərlə ağ vərəqlər üstünə yazıb tökdüyüm şeriyyatımı yardıcılığıma həsr etdiyi üç kitabla qiymətləndirdi. Ümumilikdə artıq haqqımda dörd kitab yazılmışdı. Bütün bunların səbəbkarı «Kredo» qəzeti idi. Bir yazara bundan böyük barat nə ola bilərdi?!..
Haqqa, həqiqətə qiymət verən, əsl sözün səcdəsində olan Əli Rza Xələfli….Siz «Kredo» adlı bir ocaq çatdız, bu ocağın istisinə, işığına, atəşinə əli qələm tutan, qəlbində tükənməz söz-sov bulağı olan qələmdarlar, sözkeşlər, ürəyində ilahinin verdiyi ilham çeşməsini qaynadanlar üz tutur. Bura kim üz tutursa, heç kəsin yazdığı məqalənin, şeirin, hekayənin kobud dillə desək burnu, qulağı kəsilmir. Hər müəllifin ürəyinin və əqlinin məhsulu olan yazı olduğu kimi də «Kredo» qəzetinin səhifələrində çap olunur. «Kredo» adına ziyalı dediyimiz ədəbiyyat aləminin danılmaz bir hücrəsidir. Bu hücrə dünən də, bu gün də maddi baxımdan çətinlik burulğanında əzilməkdədir. Əli Rza Xələfli bu qəzeti satışa da qoymur, çünki o istəyir ki, qəzet əsil ziyalı insanların, ədəbiyyatın cani-dildən səcdəsində olanların, sözə-sova qiymət verənlərin əlinə düşsün. Satışda olub hər yetənin əlində bazara gedib çıxmasın və niyə isə bükülüb atılmasın. Mən bunu heç zaman Əli Rza müəllimdən soruşmamışam, amma özlüyümdə belə nəticə çıxarmışam. Yəqin ki, gəldiyim qənaət doğrudur. O, istəmir ki, qəzet səhifələrində gedən məzmunlu, bir-birindən dəyərli ədəbi, elmi tutumlu məhsulları qədirbilməzlər cırıb atsın.
Bu gün bu sanballı, bu urvatlı qəzet hər şeyi həll edən və çox şeyin yerin verməyən madiyyat acıları yaşayır.
Bəlkə Əli Rza Xələfli «Kredo»ya görə pul-para acısı çəkməsəydi, vaxtını, ancaq yaradıcılığa sərf etsəydi, bundan da çox kitabların müəllifi olardı. Amma «Kredo» olmazdı, bu ocağın işığına toplaşanlar olmazdı. Və mənim kimi yolu bağlı söz adamlarının da yolunda yaşıl işıq yanmazdı. Bu insan tək özü üçün çalışmır, bütünlükdə ədəbiyyatımız üçün ömrünü, günün xərcləyir. Bu yolun enişinə, yoxuşuna baxmadan, yorulmadan, usanmadan «Kredo»nun ocağının sönməməsinə çalışır. Onun ətrafında toplaşan insanların ruhunu cilalayan, ilhamını şölələndirən «Kredo»…
Milyonları uf demədən xərcləyənlər, görəsən bu ədəbiyyat cəfakeşinin qaladığı ocağa az da olsa əlaçıqlıq edərlərmi? Axı bu ocaq Azərbaycan dediyimiz bir ölkənin mənəviyyatının carçısıdır. Ədəbi aləminin söz xəzinadarıdır! Tarixi oğurlanan, torpaqları parmparça, yağılar əlində qalan Azərbaycanın!!!
Bizim mühitdə yaradıcı insan nə qədər sağdır, ətrafdakılar ona layiq olduğu dəyəri vermir, dünyasın dəyişib yüz il keçəndən sonra düşürlər əl-ayağa, deyirlər ki, bu bizimdir, bizə məxsusdur, bizim millət, bizim xalq bunu yetirib. Əli Rza Xələflinin və «Kredo»nun hali-vəziyyəti mənə keçən əsrin əvvəllərində Cəlil Məmmədquluzadəni və onun araya-ərsəyə gətirdiyi «Molla Nəsrəddin»i xatırladır. Mən bu haqda başqa bir məqaləmdə də yazmışdım. O da çətinlik burulğanında boğulurdu, bu da. O da madiyyat əzabı çəkirdi, bu da…O da laqeydlərin ona etdiyi sitəmlərlə qol-boyun idi, bu da…
Nədənsə çox vaxt mənəviyyat adamının qəlbi dolu, cibi boş, madiyyat adamının cibi dolu, qəlbi boş olur.
Bütün bu natamamlıq cəmiyyətdə baş alıb gedən sayğısızlıqları artırır. Bu gün cəmiyyətimizdə sayğısızlıq artmamaqçın mənəviyyatımıza xidmət edən söz adamlarına yardımçı olmalıyıq. Bugün imkanlı adamlarımız səsi olmayan bir çox şou əhlinin yolunda pul-paralarını xərcləyir. Onlara hər cür tərəfkeşlik edir. Nə olardı üzlərini dünənimizin, bügünümüzün, sabahımızın tarixinin qurucusu olan söz adamlarının tərəf çevrəydilər. Axı, ədəbiyyatı olmayan xalqın varlığı da başqa xalqların içində itib batır. Çünki doğru-düzgün tarix ədəbi əsərlərdən törənir, ədəbi qəhrəmanların dili ilə zamanın səhifələrində yaşam qazanır. Düzgün tarixi ədəbiyyat adamı yaradır. Ömrünü çıraq kimi yandıran ədəbiyyat adamı…
Bu gün biz çoxumuzun gözünün qabağında ehtiyac içində çabalayan «Kredo»nun varlığına barmaqarası baxırıq. Mənim filan yazımı çap etmədi deyib küsüb inciyrik, amma bu qəzetin hansı əzablar hesabına çap olunduğunun fərqində olmuruq. Heç bir dövlət dəstəyi almayan, heç bir qurum tərəfindən maliyyələşməyən bu qəzet yalnız və yalnız əzabı çiyinlərində inləyən, cibi boş qeyrəti çox yazı adamlarının ümidinə qalıb. Onların kiçikcik maliyyə yardımları ilə işıq üzü görən qəzet anbaan ocağı, sönmək, işığı keçmək təhlükəsi ilə üz-üzədir.
Qoy qəzet çıxardanlar, jurnal çap etdirənlər məndən inciməsin, hansı qəzeti, hansı jurnalı əlimə alıb səhifələrin vərəqləmişəmsə mənə «Kredo»dan aldığım ədəbi zövqü bəxş etməyib.
Bu qəzetdə bir təbiilik, bir doğmalıq, ədəbiyyat dediyimiz söz bağçasının rayihəsi var. Bu rayihənin təması səni ağuşuna alır, söz kəhkəşanına aparır. Bu qəzetdə söz tutumlu, söz yükümlü alimlərimizin ədəbi, bədii fikir boğçasından qaynaqlanırsan. Müxtəlif dövürlərdə, zamanlarda yaşamız təfəkkür sahiblərinin yaradıcılığından bəhrələnirsən. Onların döyünən ürəyini, zəkasını misralarda, sətirlərdə, qələm adamlarının ədəbi məhsulu olan yazılarda hiss edirsən.
Əli Rza Xələflinin yaratdığı «Kredo» XX əsrin sonu və XXI əsrin əvvəli fikir, ədəbiyyat tariximizdə özünə layiqli yerlərdən birini tutmuş dəyərli mənəviyyat ocağıdır! Bu ocağın şöləsinə yığışanlar, istisinə qızınanlar onu sönməyə qoymamalıdırlar. Bu qəzet gecəli-gündüzlü sözlə çalxanan, sözlə alışıb-yanan, fikir bağçası daim söz çiçəkləri ilə gözəlləşən dəyərli qələm əhlinin ocağıdır! Bu ocaqdan gələn şölə hələ çox-çox əsrlər nəinki Azərbaycan məkanın, hətta böyük və əzəmətli Türk dünyasının fikir, zəka tarixinə layiqli bir çıraq olacaq. Necəki biz dünəni arayıb, axtarıb tədqiq edirik, bügünü də gələcək nəsillər tədqiq edəcək. Çətinliklər içində vurnuxan, ehtiyac içində çapalayan bu ocağın çəkdiklərini sabahımızın işıqlı söz xiridarları qələmə alacaq.
60 ilin ışığına saysız publisist və şeir kitabları cərgələnmiş Əli Rza Xələfli bugünümüzdən boylanan dəyərli qələm adamı, qeyri-adi istedadı olan söz xridarıdır. Onun hamına öz doğması kimi baxan yumşaq ürəyini uca Tanrı qorusun!
Biz də gəlin, ey qələm əhli arasında ayrı-seçkiklik edənlər, bugün hələ canı üstündə olan, nəfəsi gedib-gələn minlərin, milyonların içindən çıxan şəxsiyyətlərimizi qoruyaq. Onları Yaradan adda-budda qismət edir millətə, xalqa, Vətənə…bizlərə…
Bugün çoxlarımız paralarımızı saymaqla, müxtəlif kef ocaqlarında, yeyib-içmə məkanlarında pul xərcləməklə, diyarbadiyar düşüb dünyanı gəzməklə məşğuluq. Biz də gedəriyik, paralarımız da, yığdığımız hər nə varsa, varlığına tapındığımız övladlarımız da…
Yalnız və yalnız doğma Vətənimizə ərmağan mənəviyyatımızın, düşüncəmizin bizlərə əxz etdiyi ədəbi-elmi bilik xəzinəmizdən öc alan kitablar qalacaq. Bu kitabları araya-ərsəyə gətirən ocaqlardan birincisi «Kredo»dur. Neçə-neçə alimlərin, yazıçıların, şairlərin dəsti-xətti bu qəzetdən boylanır. Sanki bu qəzet də canlıdır, öz sahibi kimi, o da, ətrafın ona bəxş etdiyi soyuqluqdan, laqeydlikdən, unutqanlıqdan sızlayır. Gəlin sizli-bizli «Kredo»muzun, amalımızın sabahına çıraq tutaq, bu ocağın unutqanlıq sayəmizdə sönməyə məhkum edilmiş közlərini kül olmağa qoymayaq! Çünki bu közlər əlinə qələm tutub özünü yazıçı qisimində görən və bü hücrənin qapısını açan hər birimizin mənəviyyat yuvasıdır! Bu yuvadan gələn işıq hamımızın gözlərinə çıraq tutur. Gəlin çırağımızı sönməyə qoymayaq.
Müqəddəs ədəbi amalı uğrunda uzun yola çıxan «Kredo»muzun baş redaktoru Əli Rza Xələfliyə 60 ilin ucalığında can sağlığı, bol-bol yaradıcılıq sevincləri və uğurları diləyirik. Öz adımdan yaradıcılığımla bağlı qazandığım uğurlarda danılmaz payı, xidməti olan bu böyük insana İlahidən səbir və dözüm arzulayıram. Qoy səbirlə dözüm onunla yol yoldaşı olsun, innən belə də başçılıq etdiyi qəzetin işıq üzü görməsində ona yardımçı olsun!
Sonada isə, ey Vətən əhli, ey bizi dinləmək istəyənlər və istəməyənlər, bizim harayımıza qulaq kəsilənlər və kəsilməyənlər, Uca Yaradan hər birimizin varlığına pasiban olsun. Bu yazını qəlbimin hönkürtüsü ilə, əqlimin diqtəsiylə sizlər üçün yazdım, rica edirəm oxuyub nə demək istədiyimin fərqində olasız.
Hələlik deyirəm sizlərə, sağ və salamat qalın. Sizinlə həm söhbət oldu:
Şirinxanım Kərimbəyli Şadiman
15.11.2013

Bu xəbər oxucular tərəfindən 2468 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |