Şrift:
Moskvada Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası keçiriləcək
20.11.2013 [11:01] - Gündəm, Siyasət
Noyabrın 21-22-də Moskvada Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində 34-cü iclası keçiriləcək.


Rusiya XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, iclasda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edəcək. Açılışda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı nəzərdə tutulub.



Tərəflər Konvensiya layihəsi üzərində işi davam etdirəcəklər. Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ildə Rusiyada keçiriləcək 4-cü zirvə toplantısına hazırlıq məsələləri də müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed