Şrift:
Azərbaycan çempionunun Portuqaliya sınağı
20.11.2013 [13:19] - İdman
Bu gün futbol üzrə UEFA kubokunun elit-raund mərhələsinə start veriləcək. Azərbaycan çempionu “Araz” qitənin ən güclüsü olmaq uğrunda mübarizəni davam eydirən 16 ən yaxşı arasında yer alıb.

Naxçıvan təmsilçisi “Dördlər finalı”na vəsiqə uğrunda D qrupunda yarışacaq. Bu qrupda mübarizə sabah başlayacaq. Joze Alesio yetirmələri Portuqaliyada çıxış edəcək 4 komandadan biridir. Bu ölkədə keçirilən “Dördlər finalı”nda Avropanın 3-cüsü olmuş “Araz” özü üçün uğurlu məkanda yenə tarix yazmağa çalışacaq.

Tarixində 2-ci dəfə ən güclü 4 kollektiv arasında çıxmaq üçün təmsilçimiz qrup birincisi olmalıdır. Yeganə vəsiqə yolunda ilk 2 oyununu Hollandiya “Eyndhoven”i və Macarıstan “Qyori ETO”una qarşı keçirəcək naxçıvanlılar üçün son duel həlledici olacaq. Noyabrın 24-dəki qarşılaşmada təmsilçimizin rəqibi meydan sahibləri – “Sportinq” olacaq.

Qeyd edək ki, matçlar Portuqaliya paytaxtı Lissabonun ətrafında yerləşən Almadada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed