Şrift:
Rusiyada rus dilini bilməyən miqrantlara iş verilməyəcək
21.11.2013 [10:47] - Gündəm, Sosial
2015-ci ildən etibarən Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq.
Bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski deyib.
O bildirib ki, Dövlət Dumasında müvafiq qanun layihəsinə baxılır: “2015-ci il yanvarın 1-dən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşları - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla – rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar”.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed