Şrift:
AKP-li millət vəkili Barzani partiyasının böyük Kürdüstan xəritəsini müdafiə etdi
22.11.2013 [10:57] - Gündəm, Siyasət
Türkiyənin iqtidar partiyasının (AKP) millət vəkili, Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının böyük Kürdüstan xəritəsinin müdafiəsinə qalxdı.

Adıyaman şəhərinin millət vəkili Məhmət Mətin Ər televizyanın canlı yayımında sözü gedən xəritəni təsdiq və müdafiə edib.
Millət vəkili “Haber türk” telekanalının “teke tek” proqramında məşhur jurnalist Fatih Altaylının suallarını cavabladırarkən deyib: “Mən bu xəritəni təsdiq edirəm və hərkəs onu təsdiq etməyə məcburdur. Kürdlər 4 ölkədə yaşayırlar və oranı Kürdüstan adlandırmaq lazımdır”.
Millət vəkili o halda böyük Kürdüstan xəritəsini təqdiqləyir ki, həmin xəritədə Türkiyənin bir çox ərazisi və Azərbaycanın qərb bölgələri bu xəritə içində yer alır. Xəritə Türkiyənin şərq və cənub-şərq, İraqın bütün şimal ərazisi (Bağdada bir neçə kilometr qalana qədər), Suriyanın Şimal bölgəsi ta aralıq dənizinə qədər, Qərbi Azərbaycan Vilayəti və Marağa, Əcəbşer, Həmədan Vilayəti, Qorvə, Bicar, Süngür və Naxçıvan kimi əraziləri əhatə edir. Hansı ki, bu ərazilərdə toplam olaraq 55 milyona qədər əhali sakindir.
Həmin xəritə, Şimali İraqın kürd lideri Məsud Barzani Diyabakıra gedib və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdüyü zaman Kürdüstan Demokratik Partiyasının Facebook səhifəsində yayılmışdır.
Qeyd edək ki, Azərbaycan türk milləti və Milli Hərəkat fəallarının bölgədə kürd faktoruna ciddi şəkildə diqqət yetirilməli olduğu hiss olunmaqdadır. Ona görə ki, “Qərbi Azərbaycanda kürdləşdirmə prosesi davam edir və bu proses Həsən Ruhani qüdrətə gəldikdən sonra daha da sürətlənib. İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli keçən 3 ayda dəfələrcə Qərbi Azərbaycan Vilayətini “Urmiyə” vilayəti adlandırıb, Türkiyənin iqtidar partiyasının rəhbərliyi isə getdikcə radikal kürd nasinalizminə göz yumur və Məsud Barzanini Diyabakırda xüsusu ağırlayır. Hətta baş nazir Ərdoğan Barzaninin şərəfinə sevə-sevə Kürdüstan sözünü işlədir, xarici işlər naziri Əhməd Davudoğıu isə PKK-li kürd müğənnisi Şivan Pərvərdən üzr istəyir.”
Bütün bunları nəzərə alaraq Azərbaycan türk millətinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan torpaqlarını ona göz tikən terrorçulardan qurtarmaq üçün öz qüdrətimizə inanmalıyıq və bu yolda daha da ciddi mübarizəyə hazır olmalıyıq.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed