Şrift:
Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İran əleyhinə qətnamə qəbul edib
22.11.2013 [11:17] - Gündəm, Siyasət
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İran əleyhinə qətnamə layihəsini təsdiqləyib.
Yekdilliklə qəbul edilən sənəddə İranda dini azlıqlara qarşı təzyiqlər kəskin şəkildə pislənilib və İran əsilli amerikalı keşiş Səid Abedininin həbsi İranda insan hüquqlarının pozulmasına bir nümunə kimi göstərilib.
Qətnamədə həmçinin İrandan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı imzalamış bir ölkə kimi öz öhdəliklərinə sadiq qalması və S.Abedinini azadlığa buraxması istənilib. Sənəddə ABŞ hökumətindən də öz vətəndaşının azadlığa buraxılması üçün böyük səy göstərməsi xahiş edilib.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed