29.11.2011 [03:41] - Özəl xəbər
"Arxa planı pərdələmə”
(back-masking) texnikasının tətbiqi
(back-masking) texnikasının tətbiqi
Əksəriyyəti ABŞ-da və İngiltərədə fəaliyyət göstərən bir çox din adamı ilə musiqi tədqiqatçısı, içində satanizmi təbliğ edən cümlələri gizləyən hit parçaların sayını 50-yə çatdırmışlar. Bu siyahıda Maykl Ceksondan tutmuş, Metallikaya, Led Zeppelin Rollinq Stona, Bitlisə qədər uzanıb gedən daha nə qədər məşhur solist və qrupun iştirak etməsi isə vəziyyəti daha da vahiməli vəziyyətə gətirir.
Amerikalı musiqi tədqiqatçısı Jeff Milner, xüsusilə, satanizm inancının rok qrupları arasında, 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində böyük bir sürətlə yayıldığına diqqəti çəkir. İçərisində bu cür mesajları gizləyən bəstələrin də daha çox bu dövrə aid olduğunu vurğulayır:
"Mən bu cür yüzlərlə musiqi parçasının hazırlanıldığından əminəm. Amma hələlik, hamısı ortaya çıxmayıb " deyən Milner, keçmiş muzikal qeydləri detallı şəkildə araşdırmağın mümkün olduğu rəqəmsal studiya texnikaları inkişaf elədikcə bu cür nümunələrin daha çox ortaya çıxacağını iddia edir.
Ələ aldığımız mövzuyla əlaqədar ayrıntılı şəkildə məlumat verən amerikalı musiqi tədqiqatçısı, bir bəstənin içinə tərs istiqamətdə mesajlar yerləşdirməyin texniki üsulunu isə belə açıqlayır:
"Bu işə musiqi sənayesində "back-masking "(arxa planı pərdələmə) deyilir. Bəstəkar ilk öncə söyləmək istədiklərini eynilə mahnı oxuyar kimi banda oxuyur. Bunları tamamilə tərs tərəfdən təkrar-təkrar dinləyərək, sonra sətirlərdəki sirri alındıra bilmək üçün nə cür musiqi yazılmağının lazım olduğunu təsbit edir. İstədiyi səsləri verən söz silsiləsini səbirlə meydana gətirib oxuduqda isə parça artıq geriyə doğru hər çalınışında bu cür propaqanda doğuran hissələr ehtiva edir. Buradakı məqsəd şeytani mesajı geniş kütlələrlə deyil, yalnız mürid səviyyəsinə çatmış, şeytana bütün varlıqlarıyla bağlı olan fanatiklərlə paylaşmaqdır. Yəni, eynilə orta əsrlərin vahiməli okulist qrupları kimi bu musiqiçilər də özlərinin fanatik pərəstişkarlarıyla bir növ təriqət əlaqəsi içərisindədirlər.
Ən sevilən arxa plan nəqarəti isə “natas”tır. Yəni, şeytanın ingiliscə tərsinə yazılışı. Bu cür nümunələrə dövrümüzdə, xüsusilə metal musiqisində rast gəlirik. Rok musiqi tarixində isə bu cür sınaqları ən çox edən musiqiçilər Led Zeppelin, Jimmy Pace və Robert Plantdır. Bildiyiniz kimi, hər birinin də sadiq satanist olduqlarına bağlı iddialar otuz ildir ki, dildən-dilə gəzir. Amma onlar bunu davamlı şəkildə rədd edirlər. Bundan əlavə, Rollinq Stonenin, Maykl Ceksonun və Bitlis üzvlərinin, bu sənətçilərin hamısının məşhur satanist lider A. Krovleyə qarşı xüsusi bir simpatiyaları vardı. Hətta Bitlis qrupu məşhur cadugərin şəkillərini öz albomlarının üz qabığına belə çıxardı.
1875-1947-ci illərdə yaşamış ingilis din düşməni və cadugəri Krovley, müridlərinə tərsdən danışmağın "şeytanın dili" olduğunu izah edər, onlara tərsdən danışmaq sənətini mütləq öyrənmələrini nəsihət edər, insanları fəlakətlər serialıyla sarsıdardı.
Led Zeppelin qrupunun üzvləri, musiqi albomlarında əldə etdikləri böyük müvəffəqiyyətlərilə zirvələri fəth etdikləri 1970-ci illərdə ilk zərbəni aldılar. Qrupun solisti Robert Planidin kiçik oğlu 1978-ci ildə ani bir mədə narahatlığı nəticəsində öldü. Bəzi ingilis mətbu orqanları bunun rəqib bir okulist qrupun bu azyaşlı uşağa elədikləri ölüm sehri ucbatından olduğu iddialarını belə müdafiə etdi. Bu iddialara səbəb, həm qrupun solisti Planidin həm də gitaraçı Pacenin tez-tez cadugərliklə maraqlandığı dedi-qodularının yayılması xəbərləri idi. Qrupun satanist olduğu yönündəki bu cür ittihamlar getdikcə artdı və nəticədə Qərbdəki 40 böyük radiostansiyası ortaq bir qərara gələrək Led Zeppelin albomlarını çalmağı rədd etdilər. Qrup, eyni zamanda mahnılarının sözlərini və konsertlərindəki təhrikedici mövqelərini diqqətlə izləyən kilsənin də qovma təhdidiylə qarşı-qarşıyaydı.
Narkotik istifadəçili olan Paceyə aid sirrli qalalarda cadu yığıncaqları edən Led Zeppelinçilər son "ilahi zərbə" ni isə 1980-ci ildə aldılar. Qrupun bel sümüyü sayılan və musiqi tarixinin gəlmiş-keçmiş ən müvəffəqiyyətli barabançısı olaraq qəbul edilən "Bonzo" ləqəbli John Bonham, konsertlərinin birindən əvvəl qaldıqları oteldə, gənc yaşda həyatını itirdi. Hələ 32 yaşında olan Bonham, həddindən artıq spirtli içki qəbul etdiyinə görə komaya girdi. Otağında ölü tapıldı. Qrup üzvləri bu hadisədən sonra qrupu birdəfəlik, bir daha heç vaxt, yenidən bir yerə yığmamaq şərtilə dağıtdılar.
Led Zeppelin qrupunun satanist tipli mahnıların ən məşhuru Stairway to Heaven (Cənnətə Uzanan Nərdivan)
Dünya Rok tarixinin Pink Floyd ilə birlikdə ən karizmatik iki qrupundan biri olaraq qəbul edilən Led Zeppelin, eyni zamanda "içinə şeytani mesajlar gizlənmiş bəstələr etmə" mövzusunda da ən məşhur qrupdur.
Bu dönəmdə qrupun artıq bir əfsanəyə çevrilmiş məşhur mahnısı "Stairway to Heaven" isə, bu hiyləgər kamuflaj texniki müvəffəqiyyət baxımından zirvəyə çatdı. Bir qrup Qərbli araşdırmaçının, 12 dəqiqəlik bu məşhur mahnının ortasında, diqqət çəkdikləri tükürpədici "back-masking" hissəsi eynilə belədir: (Mahnının normal axış cümlələri / 04'20 "-04 '41" arası)
“If there s a bustle in your hedgerow, do not be alone now”,
“Əgər bağçanızda bir qarışıqlıq varsa, əsla təlaşa düşməyin”
It 's just a spring clean for the May queen.
“Bu yalnız May kraliçasının etdiyi bir bahar təmizliyinin…”
Yes there are two paths you can go back,
“Bəli, mövcud izləyəbiləcəyiniz - iki cığır yol”.
But in the long run there s still time to change the road you'r on.
“Lakin belə uzun bir qaçışda üzərində addımladığınız yolu dəyişdirmək üçün hələ vaxtınız var”.
Görünüşdə bu cümlələrin heç biri satanik təbliğat ehtiva etmir. Amma bir MP3 qeydindən eyni sürətlə tam tərsinə oxunması baxın cümlələri hansı mənaya gətirir:
Here s my sweet satan - bax budur, mənim sevimli şeytanım
The one whose little path would make me sad whose power is satan - bu kiçik cığırda irəliləyən, məni xəstə edən şey, şeytanın gücüdür
He'll give you 666 - O sənə (şeytanın İncildəki simvolu olan) 666 sayını verəcək.
There was a little toolshed where he made us suffer, sad satan - kədərli şeytanın bizə iztirab verdiyi bir vəsait kulubu var idi.
Burada adı çəkilən bu vəsait kulubu (toolshed) deyimi də bir başqa şifrədir. Bu, qrup üzvlərindən Jimmy Pacenin satanik ayinlər təşkil etmək üçün 1970-ci illərdə satın aldığı tarixi bir evin adı idi.
Rəşad
Bu xəbər oxucular tərəfindən 2435 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |