23.11.2013 [11:09] - Xəbərlər, Hadisə
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulmuşlar. Bu barədə Trend-ə MTN-nin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 (terrorçuluq, yəni odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılmışdır. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayında İnternetdə "facebook" sosial şəbəkəsində "Enekin Skayvoker" adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan "əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən Azərbaycanda şiələrə qarşı "cihad" etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilmişdir. Bundan başqa, "Enekin Skayvoker" profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanmışdır. Həmin fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrıseçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı "cihad etmək haqda fətva", təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar əksini tapmışdır.
Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilmişdir.
Məlum olmuşdur ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəlmişlər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişlər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan - Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparmışlar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırmışdır. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə "facebook" sosial şəbəkəsində şiə təriqətinə mənsub şəxslərə qarşı "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar etmişdir. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirlərilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanmışlar. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd "Kalaşnikov" avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 "F-1" tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 "F-1" tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülmüşdür.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |