Şrift:
Bakıda Ərdəbildən olan rəssam Vədud Müəzzinzadənin yaradıcılıq sərgisi keçirilir
25.11.2013 [09:52] - Mədəniyyət
Azərbaycan paytaxtı Bakıda noyabrın 22-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Ərdəbildən olan rəssam Vədud Müəzzinzadənin fərdi yaradıcılıq sərgisinin açılışı olub. Sərgi noyabrın 27-nə qədər davam edəək.
Vədud Müəzzinzadə 1960-cı ildə Ərdəbil şəhərində anadan olub. O peşəkar xanəndə, rəssam və heykəltaraşdır. 1990-cı ildə Los Ancelesdə, 1992-ci ildə Fransada, 1995-ci ildə Kanadada fərdi sərgiləri keçirilib. Tehran, Təbriz, Rəşt, Ənzəli və Ərdəbildə təşkil edilmiş çoxsaylı fərdi və birgə sərgilərin iştirakçısıdır.
2002-ci ildə Bakıda Dövlət İncəsənət Muzeyində təşkil olunmuş fərdi sərgisində keçmiş prezident Heydər Əliyev iştirak edib, rəssamın yaradıcılığını yüksək dəyərləndirib.
Portret, məişət, mənzərə, natürmort və tarixi janrda, hiperrealizm üslubunda işlənmiş əsərlər onun yaradıcılığının əsas səciyyəvi xüsusiyyətini təşkil edir.
Sərgidə rəssamın rəngkarlıq, qrafika və əsarəngiz heykəltəraşlıq sahəsində yaratdığı 120-dək əsər nümayiş etdiriləcək.
Rəssamlıq və heykəltəraşlıqdan başqa Vədud Müəzzinzadə eyni zamanda gözəl səsə malik müğənni kimi də məşhurdur. "Sarı gəlin", "Misri", "Ana" və s. Azərbaycan xalq və aşıq mahnıları ilə yanaşı milli muğamlarımız da onun tərəfindən məharətlə ifa olunur.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed