25.11.2013 [11:02] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranda 8 nəfər edam edilib.Məhbuslardan 6-sı narkotik maddələrin qaçaqmalçılığında, 2-si isə qətldə günahlandırılaraq dara çəkilib.
Əbdüləziz, Səid, Sirus və Əbülfəzl adlı məhbuslar, eyni zamanda yalnız ad və soyadları açıqlanmayan iki məhkum müəyyən miqdarda narkotik maddələrin daşınması və saxlanılmasında ittiham edilərək noyabrın 21-də səhər saatlarında İranın Yəzd şəhərinin mərkəz həbsxanasında edam olunublar. Onların əfv müraciətləri rədd edilib və edam qərarı İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.
Bundan əlavə, İranın Zahidan və Xonc şəhərlərində iki nəfər dara çəkilib. Onlardan birincisi qətl ittihamı ilə Zahida şəhərinin mərkəzi həbsxanasında, ikincisi isə həm qətl, həm də təcavüz suçundan Xonc şəhərinin “Məscide Came” meydanında əhalinin gözü qarşısında edam edilib. Məhbusların ad və soyadları açıqlanmayıb.

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |