25.11.2013 [16:07] - İdman
Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Təmsilçimiz əsas seçmə mərhələdəki son oyununda Portuqaliyanın “Sportinq”ini 6:3 hesabı ilə yenib.
Portuqaliyanın Almada şəhərindəki "Complexo Municipal dos Desportos" İdman Kompleksində keçirilmiş qarşılaşmada “Araz”ın qollarından 3-ünü Fabiona vurub. Vitali Borisov, Amadeu və Felipe isə hərəyə 1 dəfə fərqlənib. Daha öncə komandamız Hollandiya “Eyndhoven”ini 6:3, Macarıstan "Qyor ETO"sunu 5:0 hesabı ilə darmadağın edib.
“4-lər finalı”na daha 3 vəsiqəyə isə “Barselona” (İspaniya), “Dinamo” (Rusiya) və “Kayrat” (Qazaxıstan) yiyələnib. 2014-cü ilin aprelində keçiriləcək həlledici mərhələyə ev sahibliyi etmək üçün artıq AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və bununla bağlı UEFA-ya müraciət edilib.

Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |