Şrift:
Rusiyalı politoloq Azərbaycanın bütövləşməsinə qarşı fikir səsləndirib
26.11.2013 [10:51] - Siyasət
Rusiyalı politoloq Qriqori Trofimçuk Şimali və Cənubi Azərbaycanın birləşməsinə qarşı fikir səsləndirib.
“Əsas məsələni başa düşün: Sovet İttifaqı dağıldı və hamı səpələndi. Vahid Azərbaycan məhz bu zaman yarandı. Ancaq daha vahid Azərbaycan dünyada heç kəsə lazımlı deyil. Bir şeyə daha diqqətli olun ki, bu dünyada nələr baş verir".

Ans press-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sensasiyalı açıqlamanı Rusiya Strateji İnkişafın Modernləşdirilməsi Mərkəzinin sədr müavini, politoloq (siyasətçi) Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Qərb yalnız xüsusi hadisələrdə ölkələrin birləşməsinə razılıq verir: "Əsasən də bu iş onun ən yaxın tarixi dostlarına aid olanda bunu edir. Almaniyanı birləşdirdilər, amma Çexoslovakiyanı keçmiş SSRİ kimi, iki dövlətə - Çexiyaya və Slovakiyaya parçaladılar. Bu gün Azərbaycan da postsovet ölkələri arasında gücə çevrildiyi üçün, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) milli təhlükəsizliyinə qarşı birbaşa təhlükə mənbəyi olub. Azərbaycanın gücləndirilməsi həm də Qərbə sərfəli deyil. Avropaya daha çox suveren, zəngin Qarabağ dövləti əlverişlidir".

Rusiyalı ekspert qeyd edib ki, Cənubi Qafqaz bölgəsində yaranmaqda olan bir neçə xırda dövlət var. O, həm də vurğulayıb ki, bu və ya digər formatda Amerika hərbi qüvvələrinin Cənubi Qafqazda yerləşdirilməsi vaxt məsələsidir.

Onun sözlərinə görə, ABŞ hərbi bazaları bütün postsovet ölkələrində praktiki olaraq çıxacaq: "Bakı üçün bu məsələ ondan ibarətdir ki, bu mövcudluq ona nə qədər sərfəlidir, yaxud nə qədər sərfəli deyil. Belə deyək ki, Azərbaycanın yoxluğunda Amerika hərbi bazası Gürcüstanda yerləşib və ya əksinədir. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, belə "yataqlar" olan ərazilər əlverişlidir, ya yox... Çox zaman xeyr, əlverişli deyil".

Politoloqun fikrincə, əslində ABŞ bu informasiyaları ötürməklə, heç kimə hücum emək fikrində deyil: "Amerikanın bu informasiya dalğasının səs-küyü altında kiçik Qafqaz dövlətləri öz güclərini daha da artıracaqlar".

Ekspertin sözlərinə görə, əgər Azərbaycan açıq şəkildə və ya qismən anti-İran koalisiyasına (etilaf) girərsə, onda Tehran bu bölgədə hərbi əməliyyatların başlanğıcında Azərbaycanın ərazisinə mütləq zərbələr endirəcək: "Azərbaycan, ona nəzakətlə təklif edilmiş Amerika bazalarının yerləşdirilməsinə cəhd etsə də,etməsə də,ən çox zərər çəkən tərəf olacaq."
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed