26.11.2013 [11:31] - Gündəm, Mədəniyyət
Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Teatr Xadimləri İttifaqının təqdimatı ilə K. S. Stanislavski adına mükafata layiq görülüblər. Teatrdan verilən məlumata görə, M. Həmidov Azərbaycan və Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə, Bəhram Osmanov isə İsveç dramaturqu L. Norenin “Mən gəldim, qızlar!” (Müharibə) tamaşasına verdiyi quruluşa görə mükafat alıb.
Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabr-oktyabr aylarında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olub və üç tamaşa ilə çıxış edib. Teatrdan bildiriblər ki, mükafat teatr xadimlərinə uğurlu qastrol səfəri münasibətilə verilib.

Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |