Şrift:
Köln şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olub
27.11.2013 [09:47] - Diaspor
Bu günlərdə Almaniyanın Köln şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olmuşdur. Açılışda Almaniyada yaşayan yüzlərlə soydaşımızla bərabər bir sıra Azərbaycan və Türkiyə diasporalarının təmsilçiləri də iştirak ediblər. Avropada da yayımlanan “Zaman“ qəzetinin nümayəndələri də tədbirdə iştirak edərək geniş reportaj hazırlayıblar.
Az-Qranata şirkətinin sponsorluğu ilə baş tutan tədbir saat 16.00-da Azərbaycan Mədəniyyət Evinin rəhbərliyinin və tədbirə gələnlərin iştirakı ilə qırmızı lentin kəsilməsi ilə başlandı. Daha sonra tədbir Azərbaycan Mədəniyyət Evinin akt zalında davam etdirildi.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü yolunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açıq elan edən Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu (Quliyev) qonaqları salamlayaraq Mədəniyyət Evinin yaranma zərurəti, məqsədi və görüləcək işlərlə bağlı məlumat vermişdir. AZ-Qranata şirkətinin fəaliyyətimizə verdiyi dəstək hamı tərəfindən təqdirəlayiq hesab olunaraq xoş sözlər ifadə olunub. Daha sonra çıxış edən Mədəniyyət Evinin sədri Altay Rüstəmli, müavinlər Toğrul Əziz, Ağa Ağayev çıxış edərək siyasi proseslərdən uzaq olduqlarını, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan bütün soydaşlarımıza qapımızın açıq olduğunu bildirdib və gələcəkdə nəzərdə tutulmuş lahiyələrlə bağlı tədbir iştirakçılarına məlumat verdilər.
Tədbirin rəsmi hissəsi Köln Konservatoriyasında təhsil alan azərbaycanlı tələbələrin musiqi nömrələri ilə sona çatdı.
Qeyri rəsmi hissəsdə isə iştirakçılara Azərbaycan mətbəxinin ləziz şirniyyatları qonaqlara təqdim olundu. Bundan başqa tədbir iştirakçıların Az Qranat şirkətinin Azərbaycan istehsalı olan müxtəlif meyvələrdən hazırlanmış şirələri qonaq edilib.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed