27.11.2013 [09:53] - Gündəm, Siyasət
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev noyabrın 25-də açıqlama yayıb. Açıqlamada deyilir: “Azərbaycan Respublikası İran İslam Respublikası və altılıq arasında İranın nüvə proqramı ilə bağlı Cenevrədə keçirilmiş son danışıqların müsbət məcraya doğru yönəlməsini məmnunluq hissi ilə qarşılayır”.
Cenevrədə Qərblə İranın nüvə danışıqları noyabrın 24-də razılaşma ilə başa çatıb.
Razılaşmaya əsasən, Tehran 6 ay ərzində Fordu, Nətənz nüvə təsisatlarındakı sentrifuqaların fəaliyyətini məhdudlaşdırmalı, bu obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə və yoxlamasına icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Bunun müqabilində isə Qərb İrana bəzi sanksiyaları azaldacaq.
Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.

Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |