Şrift:
Sevil Süleymani: Məişət zorakılıqlarının cəmiyyətlərdə dərin kökləri var
27.11.2013 [10:28] - Müsahibə, Hüquq
BMT Baş Assambleyası (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurulu) 25 noyabrı Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi müəyyən edib. Bu münasibətlə “Amerikanın Səsi”nə müsahibə verən güneyli yazar və mədəni fəal Sevil Süleymani məişətdə fiziki zorakılıqların törədilməsinə səbəb olan amilləri təhlil edib.
Sevil Süleymaninin sözlərinə görə, cəmiyyətdə umumiyyətlə zorakılıqdan bəhs edəndə çox zaman sadəcə onun fiziki aspekti nəzərdə tutulur, qadınlara qarşı zorakılıqlar fiziki hücumla məhdudlaşmır.
“Bizim cəmiyyət adətən sadəcə fiziki təzyiqi işgəncə və zorakılıq olaraq görür. Ancaq qadınlara qarşı tətbiq edilən təzyiqlərin bir çox növü vardır. Qadın bu cəmiyyətdə psixoloji iqtisadi və ictimai zorakılığa məruz qalır. Söyüş, təhqir, ailə ilə görüşməyə qadağa qoymaq, ictimai və siyasi fəaliyyətlərə mane olmaq kimi məhdudiyyətlərin hamısı zorakılıq sayılar,” deyə Amerikada mühacirət həyatı yaşayan güneyli fəal fikrini ifadə edir.
Xanım Süleymaninin sözlərinə görə, cəmiyyətlərdə zorakılığın tarixi kökləri vardır, güc və hakimiyyətin mövcüd olduğu hər yerdə zorakılıq və təzyiq mövcüddür. Onun fikrincə, hakimiyyətlər tarix boyunca dominant din (hakim din) və dil vasitəsilə zorakılığı toplumda təşviq ediblər. O, həmçinin qadınlara qarşı tətbiq edilən zorakılıqla əlaqəli kişilərin rolunu müzakirə edib.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKi tıklaya bilərsiniz:
http://www.amerikaninsesi.org/content/article/1797203.html
Bu xəbər oxucular tərəfindən 1304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed