27.11.2013 [11:54] - Sosial
Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən «Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı: səmərəli praktika, şəffaflığın təminatı və konseptual yanaşmalar» mövzusunda ictimai təqdimat keçirilib.
Təqdimatın məqsədi daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilmiş səmərəli praktika, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, həyata keçirilmiş modernləşdirmə tədbirləri, optimal və sadələşdirilmiş proseduralar, etibarlı və çevik elektron xidmətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, ötən dövr ərzində qeydiyyat sistemi xeyli şəffaflaşdırılıb və optimallaşdırılıb, proseduralar sadələşdirilib, qeydiyyat prosesinə sərf olunan vaxt azadılıb. O bildirib ki, indiyədək 16 elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətlərin «Elektron hökumət» portalına inteqrasiya edilməsi ilə qeydiyyat müddəti qısaldılıb.
Komitə rəsmisi qeyd edib ki, mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu ildə 20-30 gün idisə, 2010-2012-ci illərdə bu, 14-18 günə qədər azaldılıb, bu ildən etibarən isə bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə çatdırılıb.

Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |