Şrift:
Erməni siyasətçi Putini Ermənistanın de-fakto prezidenti adlandırdı
28.11.2013 [09:41] - Siyasət, Qərbi Azərbaycan-İrəvan
"Əgər Serj Sarkisyan sentyabrın 3-də ölkənin Gömrük İttifaqına daxil olması ilə bağlı bəyanat veribsə, bu günlərdə respublika böyük ruh yüksəkliyi ilə de-fakto prezidenti Vladimir Putinin səfərini gözləyirsə, onda Ermənistan Vilnüs Sammitindən nə gözləyə bilər?".
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə "Jamanak" qəzetinə açıqlama verən müxalifətçi "Respublika" partiyasının sədri Aram Sarkisyan bildirib.
Hər hansı bir sənədin imzalanması mümkündür, lakin birmənalı şəkildə bu nə Assosiasiya razılaşması, nə də ki, geniş azad ticarət zonası barədə saziş olmayacaq. Ermənistan 4 il ərzində görülən işləri yerlə bir etdi. Bu da mənfi nəticələr verəcək. Bu mənada daxili siyasi həyata və xarici siyasi həyata ciddi təhlükələr var", - o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed