Şrift:
Vaşinqton: İran razılaşmaya uyğun olaraq nüvə proqramı mövzusunda heç bir addım ata bilməz
28.11.2013 [09:49] - Gündəm, Siyasət
ABŞ xarici işlər naziri Con Kerri İranın nüvə razılaşması ilə bağlı yeni açıqlamalar verib.
Təşkil etdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, İran və Almaniya arasında əldə onunan İranın nüvə razılaşmasını "məhdud bir rahatlıq" adlandıraraq, İranın həmin razılaşma ilə nüvə silahı istehsal etmək istiqamətində irəliyə gedə bilməyəcəyini, hətta bəzi yönləri ilə geri addım atacağını deyib. Sonra Kerri sözügedən razılaşmanı nüvə sahəsində 10 ilin ən böyük uğuru adlandırıb: "Biz yeni əldə olunan razılaşma əsasında İranın nüvə silahı istehsal etmək prosesinin bir qədər qarşısını aldıq. Ancaq bu mövzuda hələ də müzakirələr davam edir və bu müzakirələrin gündəmdə olduğu bir vaxtda İran razılaşmaya uyğun olaraq nüvə proqramı mövzusunda heç bir addım ata bilməz".
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed