22.09.2011 [13:03] - Gündəm
Azərbaycan Respublikası və Dünya Bankı arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi”-nin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanma mərasimi keçirilir. “Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi” Dünya Bankının krediti və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) qrantı hesabına maliyyələşdirilib.Layihənin əsas məqsədi kapital bazarlarının infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarı alətlərinin istifadəsinin genişləndirilməsi və bütövlükdə müasir, beynəlxalq standartlara uyğun və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılması məqsədini daşıyan “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının dəstəklənməsidir.
Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |