29.11.2011 [05:19] - Güney Azərbaycan-Təbriz
Qərbin İrana hərbi müdaxiləsi ilə bağlı dünya mətbuatında yer alan informasiyalar öz ciddiliyini günbəgün artırmaqdadır. Xüsusilə də ABŞ-ın İranla müharibəyə hazırlıq məqsədilə region ölkələrini - Körfəz Əməkdaşlıq Şurasının altı üzvünü silahlandırması, rəsmi Vaşinqtonun İranla savaşa ciddi surətdə hazırlaşdığından xəbər verir. Qeyd edək ki, Qərb mətbuatının yaydığı xəbərlərə görə, Birləşmiş Ştatlar bir sıra ərəb ölkələrinə, xüsusilə də BƏƏ-nə minlərlə ədəd müasir “bunker-baster” tipli raketlərin satışını planlaşdırır ki, bu raketlərin də tamamı yeraltı sığınacaqların dağıdılması üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, hələ “WikiLeaks” saytının ilk açıqlamalarında ərəb ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-ı İrana qarşı müharibəyə təhrik etməsi ilə bağlı məlumatlar yer almışdır. Bu məlumatlar ərəb ölkələrinin rəsmiləri tərəfindən sonradan təkzib edilsə də, son günlər baş verən olaylar bu dövlətlərin həqiqətən də İrandakı hazırkı siyasi sistemin devrilməsində maraqlı olduğunu göstərir.
Qərbin İrana ünvanlanan hədə-qorxu dolu mesajları Azərbaycanda da diqqətlə izlənməkdə, siyasi ekspertlər tərəfindən fərqli yöndə şərh edilməkdədir. Politoloqların böyük bir qismi İranın vurulmasının Azərbaycanın maraqları baxımından heç də məqsədəuyğun olmadığını qeyd etsə də, hələlik reallaşmayan müharibənin gerçəkləşəcəyi təqdirdə, proseslərin ölkəmizə müəyyən mənada qazanc gətirəcəyini iddia edənlər də mövcuddur. Onların fikrincə, Qərbin İrana müdaxiləsi Azərbaycana ciddi problemlər yaratsa da, proseslərin inkişafı gələcəkdə İranın bizim üçün daha təhlükəsiz bir ölkəyə çevrilməsi, o cümlədən Cənubi Azərbaycanın öz tarixi müstəqilliyini bərpa etməsi ilə nəticələnə bilər. Hər halda, bu cür düşünən ekspertlər məlum ehtimalların reallaşmaq perspektivinin heç də aşağı olmadığı fikrindədir.
Hesab edirəm ki, Qərbin İrana müdaxiləsinin Azərbaycan üçün hansısa baxımdan müsbət rol oynayacağını düşünənlər yanılır. İran-Qərb qarşıdurması Azərbaycana yalnız və yalnız fəlakət vəd edir ki, onun da miqyası olduqca böyükdür.
İlk öncə, Qərbin müharibə xəbərdarlığının nə dərəcədə real əhəmiyyət kəsb etdiyinə münasibət bildirən N.Mirinin qənaətincə, müharibənin baş verib-verməyəcəyi İranın sərgiləyəcəyi mövqedən asılı olacaq. Rəsmi Tehran öz mövqeyindən geri çəkilməzsə, Qərbin bu ölkəyə müdaxiləsi qaçılmaz olacaq: “Bildiyiniz kimi, İranla bağlı indiki vəziyyətə birdən-birə deyil, mərhələ-mərhələ gəlinib. Bu isə təbii ki, İranın heç bir kompromisə getməməsi ilə bağlıdır. Bu gün İranla Qərb arasında ciddi informasiya savaşının baş verdiyi ortadadır. Şübhəsiz ki, İranın vurulacağı ilə bağlı yayılan xəbərlər rəsmi Tehranı geri çəkilməyə vadar etməyə hesablanıb. Ancaq bütün bunlara baxmayaraq, İranın güzəştə gedəcəyi də üfüqdə görünmür. Iran güzəştə getməyəcəyi və nüvə silahının istehsalına bir qədər də yaxınlaşacağı təqdirdə, bu ölkənin nüvə obyektlərinin havadan bombardman edilməsi qaçılmaz olacaq. Verilən informasiyalar da təxminən bu yöndədir. Bəzi ekspertlər hesab edir ki, ABŞ İrana qarşı quru əməliyyatına da start verəcək. Ancaq şəxsən mən bu ehtimalı ciddi qəbul etmirəm. Çünki bu, ABŞ üçün çox çətin və bahalı bir əməliyyat olardı. Bu yükü indiki məqamda nə ABŞ, nə İsrail, nə də onun digər müttəfiqləri qaldıra bilməz”.
İranla müharibə Amerikaya heç də ucuz başa gəlməyəcək. İranın İraqdan dəfələrlə güclü bir dövlət olduğu Pentaqonun bu ölkə ilə aparacağı uzunmüddətli müharibə rəsmi Vaşinqton üçün faciəvi ola bilər: “İranın İraqdan fərqli cəhətləri mövcuddur. Hesab edirəm ki, ABŞ İrana girə bilsə də, oradan çıxmaqda çətinlik çəkəcək. İran İraqdan qat-qat qüdrətli bir dövlətdir. Bu dövlətin güclü ideoloji əsasları mövcuddur. Odur ki, İrana müdaxilə yalnız qısamüddətli əməliyyatlar kimi planlaşdırılıb və burada əsas məqsəd nüvə obyektlərini neytrallaşdırmaqdan ibarətdir. Planda İranın Hərbi Hava Qüvvələrinə məxsus obyektlərinin məhvi də nəzərdə tutulub. İndiki şəraitdə Tehranın güzəştə gedəcəyi o qədər də real görsənmir. Bu baxımdan zənn edirəm ki, Tehran indiki mövqeyində təkid etsə, o zaman biz yaxın gələcəkdə Qərbin İrana müdaxiləsinə şahid olacağıq”.
Sözügedən müharibənin ölkəmizə ancaq fəlakət gətirəcəyini düşünürüm Qərbin İrana müdaxiləsi Azərbaycan üçün həm sosial, həm də hərbi təhlükə vəd edir: “İran qonşu dövlətdir və onun Azərbaycana olan münasibətindən asılı olmayaraq, bu ölkədə müharibənin baş verməsi bizim üçün arzuedilməzdir. Qərbin İrana müdaxiləsi Azərbaycana heç nə qazandırmayacaq. Əgər bu gün kimlərsə güman edir ki, Qərbin İrana müdaxiləsi nəticəsində insanlar ayağa qalxacaq, İrandakı mövcud siyasi sistem devriləcək və Cənubi Azərbaycandakı soydaşlarımız nə isə qazanacaq, yanılırlar. Mən buna inanmıram. Öncə ona görə ki, dünya bu prosesə hazır deyil. Bu gün dünya gücləri regionda türk etnosuna bağlı güclü bir dövlətin formalaşmasını istəmir. Əgər mənim real hesab etmədiyim təxminlər baş tutsa, 50 milyonluq nüfuza sahib türk dövləti formalaşacaq ki, bu da nəinki regionda, hətta qlobal miqyasda qüvvələr nisbətinin türk etnosunun xeyrinə dəyişməsi ilə nəticələnə bilər. Belə bir hadisənin baş verməsi gələcəkdə Orta Asiyada da ciddi proseslərə start verəcək ki, dünya gücləri olayların bu şəkildə cərəyan etməsində əsla maraqlı deyil. Azərbaycanın İranla bağlı baş verəcək hərbi əməliyyatlarda heç bir qazancı yoxdur. Əksinə, belə bir müharibə ciddi humanitar faciəyə gətirib çıxara bilər. Bombardman nəticəsində xeyli sayda insan qonşu ölkələrə üz tutacaq ki, bunalardan insan axınına ən çox məruz qalacan dövlətlərdən biri də məhz Azərbaycan olacaq. Çünki 30 milyondan artıq soydaşımızın Cənubi Azərbaycanda yaşaması faktdır”.
Müharibə nəticəsində yaranacaq xaos və qatma-qarışıqlıq sadə vətəndaşlarla yanaşı, İranın xüsusi xidmət orqanında çalışan təhlükəli agentlərin, narkomafiya üzvlərinin, müxtəlif cinayətkar ünsürlərin də Azərbaycana gəlişinə səbəb olacaq ki, bu da ölkəmiz üçün ciddi problemlərin başlanğıcı deməkdir: “Azərbaycana olan köç özü ilə yalnız dürüst, sıradan insanları gətirməyəcək. İrandakı cinayətkar ünsürlər, narkomafiya üzvləri, kəşfiyyat orqanlarının əməkdaşları da bu köçün tərkibində Azərbaycana axın edəcək. İranın xüsusi xidmət orqanının əməkdaşları yaranmış fürsətdən istifadə edərək Azərbaycana və eləcə də Türkiyəyə gələcək ki, bu da gələcəkdə öz fəsadlarını göstərəcək”.
Müharibə Azərbaycanda sosial fəlakətin miqyasını xüsusilə artıracaq ki, bu da proseslərin idarəedilməz hala çevrilməsinə səbəb ola bilər: “İrandan edilən insan axını sayəsində ölkədə süni qiymət artımı da müşahidə ediləcək. Ev, torpaq, ərzaq sahəsində ciddi qiymət artımı baş verəcək ki, bu da Azərbaycan üçün əsla arzuedilən deyil. Qərbin İrana müdaxiləsi Azərbaycanın hərbi təhlükəsizliyi baxımından da müəyyən narahatlıqların meydana çıxmasına səbəb olacaq. Əgər böyük mənada İran-Qərb qarşıdurması baş verərsə, o zaman rəsmi Tehran öz raket kompleksləri ilə bəzi ölkələrə zərbə endirəcək ki, bu ölkələrin siyahısına hansıların daxil olduğu bəlli deyil. Çünki hazırkı İran rejiminə güvənmək mümkünsüzdür. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan bu məsələdə qətiyyən maraqlı olmalı deyil. Azərbaycan öz ərazisindən İsrail və Qərbin plazdarm kimi istifadəsinə imkan verməyəcək.

Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |