29.11.2011 [05:33] - DAVAMın yazıları
Yazı var elədi, yazı var belədi, yazı da var bunun kimi “elə-belə”di
İstəyirdim ədəbaz yazarlar kimi başlayam köşəmə ki, “aldım qələmi əlimə...”
Bir də baxdım, demə çoxdan qələmlə yazmırammış. İstədim yazını bir kənara atıb musiqi dinləyim, seçdiyim musiqiləri komputerim qəbul eləmədi. Neynim-necə eləyim deyərkən, gözümə televizor sataşdı. Açdım nə açdım. Bay atonan, kanallarda qırğındı ki, Ərdoğan Türkiyənin kanallarını yağır eləyib, bizim kanalları da...
Bax burda əlfeyim çaşdı. Bizim kanalların mədəsi Avropanın qarşısına “Van minute” qoyan sərt siyasətçiləri götürmür. Vur çatlasındır e, ər axtaran, arvad axtaran üzünü kanala tutur. Reklamlar da ayrı pəstahadı, insanın “probka”dan çıxan canına can, ömrünə “Ömür” qatır. Bulanan ürəyimi daha da bulandırmamaq üçün, bunu da pultdan deyil, birdəfəlik qoşqudan ayırıb hirslə oturdum yerimə. Bay, bay, bay, ayə bu kimdi? Dostum Yaqo, sənin burda nə işin var? (qonşunun iti qapını cırmaqlayır). Elə bu əsnada qonşum həşirlə özünü çatdırdı ki, onun adı Yaqo deyil, “Dədulya”dı. Əslini-nəslini neçə ildə kəsdirə bilmədiyim bu əndrəbadi qonşum dədəsiylə itini səhv salmışdı, deyəsən. Bu, məni xeyli güldürdü. Bəs necə, insanın dədəsini tanıması yaxşı şeydi, axı.
Yenidən qayıtdım tənhalığımın qoynuna. Ən yaxşısı internetə girməkdi. Pay atonnan, aləm qarışıb, necə də mənim yerim görünür. Çata girdim, facebooka girdim, bütün dostluqları qəbul elədim, bütün yayımlananlara fikrimi bildirdim. Təbii ki, fikirlərim mənim ordan qovulmağımla nəticələndi.
Oturub özüm haqqında düşünməyə başladım. Axı mən gələcəyimi bilirəm. Necə olsa təmin olunub artıq.
Bircə bu seçkilər gəlsəydi...
“Eh, necə də gözəldi, mən artıq arzuma çatmışam, əla bir ofisim var, qəbula gələnlərin sayı-hesabı yoxdur. Günlərlə heç kimi qəbul etmirəm, vaxtım var e, sadəcə “karizma”mı qoruyuram. Axı hər önümə gələni otağıma buraxsam, onda məni kimsə saymaz ki. Qəbul nə qədər çətin olsa, mənim çəkim də bir o qədər çox olar.
Bəh-bəh, bank hesablarım dolub-daşır, sürücülük vəsiqəm olmadığı halda maşınımı sağa-sola səyirdirəm. Polis kimdir ki, məni saxlasın? Bu ölkədə polis hələ o qədər böyüməyib, sahibinə baş qaldırsın.
Şirkətlərimdə kəndimizin mallarını “import” adı ilə sırıyıram camaata. Kimin hünəri nədi almasın?
Çıxışlarımı yazan assistentimi də bir az uzun yazdığı üçün hər dəfə danlayıram ki, qısa yaz. Deyir ki, belə lazımdı. Bir dəfə də yazının əvvəlindəki “giriş” sözünü oxumuşdum, sonra dedilər ki, o, artıqdı. Ay adam, savadsızsan? Artıq sözü bura niyə yazırsan?!”
Eh, bircə bu günlər gəlsəydi...
Ən sonda oturub elə-belə bir yazı yazmağa qərar verdim. Zövqünüzü korladığım üçün bağışlayın, axı, özünü tapmayan hər kəs üzünü sizə tutur...
Dərbədər

Bu xəbər oxucular tərəfindən 1446 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |