Şrift:
Rəsulzadənin yarımçıq qalan heykəlinin görüntüləri - Video
01.12.2013 [12:50] - Gündəm, Mədəniyyət
“Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyəm”



Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində heykəlinin eksklüziv görüntülərini əldə edilib. Söhbət tanınmış heykəltəraş Ömər Eldarovun Heydər Əliyevin tapşırığı ilə başladığı və sonradan yarımçıq qalan əsərindən gedir.

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ərəfəsində görülən işlərin sırasında onun heyklinin qoyulması məsələsi də gündəmə gəldi. Araşdırmamız zamanı məlum oldu ki, əslində hələ iyirmi il əvvəl Şərqdəki ilk Demokratik Respublikanın qurucusunun heykəlinin qoyulması üçün dövlət səviyyəsində göstəriş olub. O vaxt dövlət başçısı olan Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı sərəncam imzalayır. Sərəncamda heykəlin qoyulacağı yer də göstərilir. Heykəl indiki Kukla Teatrı ilə üzbəüz parkda qoyulmalı idi. Bütün işlərin həyata keçirilməsi üçün Məhəmməd Əmin Rəsulzadənin adına fond da yaradılır. Və fonda yığılmış vəsait hesabına sərəncamın həyata keçirilməsinə başlanılır. Heykəlin hazırlanması xalq rəssamı Ömər Eldarova tapşırılır. Ömər Eldarov tez bir zamanda heykəlin eskiz layihəsini düzəldir.

Heykəltəraş Ömər Eldarov: “Bu heykəlin aşağısında silindrik formasında piltələr və pillələr olmalı idi. Ondan yuxarıda üzərində müstəqil respublikanın rəmzlərinin əks olunduğu postament qoyulacaqdı. Postamentin üzərində isə Məhəmməd Əmin Rəsulzadənin 20-ci illərin əvvəlindəki xarici görünüşünün əks olunduğu heykəl qoyulmalı idi. Burada o gənc enerjili yaraşıqlı kişi idi.

Eskiz layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin işçi layihəsi də hazırlanıb. Hansı ki, iki metr olan bu içşi layihə heykəlin hazırlanması üçün əsas olmalı idi.

Layihə də müvafiq qurumlar tərəfindən təsdiq olunur. Ümumi uzunluğu 11 metr olacaq heykəl üçün Rusiyanın Ural vilayətindən ağ mərmər də sifariş verilir. Lakin sonradan fondda pulun bitməsi əsas gətirlir və iş həmin mərhələdə yarımçıq qalır. O dövrdən 20 il keçməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublikanın qurucusunun heykəli hələ də qoyulmayıb. Amma prezident İlham Əliyevin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam imzalaması, görüləcək işlər arasında onun heykəlinin qoyulmasını da istisna etmir.

Elə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də bu eskiz layihə əsasında onun heykəlinin hazırlanmasını istəyir.

Amma bu hələ ki istəkdir. Reallaşması isə Nazirlər Kabineti tərəfindən “Tədbirlər planı” hazırlandıqdan sonra məlum olacaq.

Onu da qeyd edək ki, Ömər Eldarov deyib ki, mən qərar gözləyirəm. Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyəm.

Vido görüntünü aşağıda izləyin


My Webpage
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed