Şrift:
“Erməni soyqırımı” hardan qaynaqlandı?! VIII hıssə
29.11.2011 [05:57] - Güney Azərbaycan xəbərləri
Mavi kitab və əsl həqiqət


Arnold Toynbee-nin yazdığı “ Mavi Kitab ” saxta erməni soyqrımına həsr edilmiş ən məşhur kitabdır. Kitabda heç bir real, əsaslı tarixi faktlara istinad etmədən qurama sənədlər əsasında Türklərin erməniləri soyqırıma uğratmasını güya “sübut” edən müxtəlif “sənədlər” göstərilir. Halbuki bu sənədlərin hamısı saxta yollarla yalnız İngiltərədə qurama üsullarla hazırlanmış, dövriyyəyə buraxılmış, gerçək tarixə isə heç bir aidiyatı yoxdur. Bu “tarixi sənədlər” 1-ci Dünya Müharibəsi ərəfəsində və müharibənin gedişi zamanı Türklərə nifrət hissi təbliğ etmək üçün təşkil edilmişdi.
2009-cu ildə Lord Avebury Ankaraya gələrkən Mavi Kitabı da özü ilə gətirmişdi. İngiltərə bir dəfə etiraf edib ki, bu kitabı propaqanda məqsədi ilə yazdırmışdır. Buna baxmayaraq hələ də güya etibarlı sənəd əsasında yazılmış mənbə kimi ona müraciət edirlər. Mavi Kitabın içində başqa gerçəklər də üzə çıxır. Türklər əleyhinə uzun bir siyahını əks etdirən bu kitabdakı “məlumatlar” hamısı bir gizli təşkilatdan çıxmasına baxmayaraq, yazıçılar özlərini elə göstərir ki, güya onlar bu məlumatları öz kanalları ilə əldə etmişlər. Diqqətlə baxanda açıq-aydın görünür ki, bu saxta sənədlərdir və bütün sənədlər eyni kəşfiyyat mərkəzində qurama üsullarla yazılıb düzəldilmişdir. Ancaq Toynbee və eləcə də başqa müəlliflər bu sənədləri ayrı-ayrı sənəd kimi oxucuya təqdim edir. Bu kitabda irəli sürülən ittihamlar belə məhkəmə istintaqında saxta, əsasız olduğu ortaya çıxır. Məsələn, məşhur romantik romanlar müəllifi olan Canterbury Archbishop E.F.Benson “Crescent and İron Cross” əsərinin ön sözündə belə bir açıqlama verir: “...erməni qətlləri ilə əlaqədar bu qaynaqlara baş vurdum; Lord Brysun topladığı ifadələr, Bay Arnold J.Toynbee nin The Murder of a Nation və The Murdereous Tyrann of the Turks və Dr. Martin in Niepge-in The Horrors of Aleppo kitabı. İlk bölümdə Bay D.G.Hogarth ın The Balkans (Clarendon Press 1915) kitabına baxdım... Zahirən fərqli nəşriyyatlardan çıxan kitablardır. Əslində bütün kitablar tək bir gizli mərkəzdən çıxmışdır. Yazarlar biri-birindən xəbərləri yoxmuş kimi biri-birinə şapka çıxardırlar”. E.F.Bensonun bu acı istehzası Propaqanda Bürosunun qətllər, sənədlər, alınmış ifadələr, şəkillər, dialoqların nə qədər saxta , gülünc olması haqqında işin mahiyyətini, məğzini açır. Təəssüf ki, mütərəqqi ziyalıların səsini bu gün belə diplomatlar və siyasilər az eşidir və ya heç eşitmirlər. Propaqanda Bürosunun saxta üsullar və yollarla hazırladığı “Erməni Soyqırımı” - büsbütün yalandan və yanlışdan, məkrli saxtakarlıqdan ibarət olsa da, nə qədər desən qurama olsa da, erməninin özündən belə xəbərsiz quraşdırılsa da - qəribədir, işləyir və inkişaf edir. Yəqin dünya ya tamam ağlını itirib, ya da artıq dünya ağılsızlığın və ya dəlilik uçurumunun qırağındadır, ya bir an sonra dünya müdhiş uçuruma yuvarlanacaq, ya da dünyanı tüstü-duman basan gün yaxındadır.
Dünyanın ən böyük faciəsi də budur ki, bir millətin saxta ölümü haqqında sərsəm uydurmalara istinad edən ermənilərə havadarlıq edir, onu müdafiə edir və onu müdafiə etməklə yalanı, yanlışı, məkri müdafiə edir, bununla da şeytana, iblisə, saxta cinayətə haqq qazandırır. Çox təəccüblüdür, bu ağılla bu dünya hara gedir. Demək, uşaq olanda bizi öyrədirlər ki, yalan danışmayın, ancaq böyüyəndə elə yalan danışırıq ki, bizim yalanlarımızdan dünyaya saysız-hesabsız cinayətlər döğulur, bütün bu cinayətlər bu yalanı dünyaya üfürən ingilisin gözü qabağında baş verir, ancaq bu mənəm-mənəm deyən ingilisin qeyrəti çatmır ki, qalxıb yalan danışdığını etiraf etsin - erməni genosidini yalandan uydurduğunu dünyaya bəyan etsin. Bəs bu yalanlara rəvac verən ingilis yazıçıları - sərsəm, mənasız humanizmdən dəm vurub dünyadan insansevərlik tələb edirlər, biz də onları alqışlayırıq. Bəs onların kübar əxlaqı harda qaldı?! Uydurduğu yalanlardan bu “sevimli ingilis” yazıçıları utanmırlarmı?! Şərəfsiz əxlaqla kübarlıqdan danışırlar. Belə yazıçı olar?! Mən bilirəm, siyasətdə utanmaq anlayışı yoxdur. Amma bu siyasət elmi insan üçün deyilmi?! Yoxsa bir dəstə insan yaşayacaq, başqa bir dəstə insan sənin gözlərin qarşısında əzab və işgəncələr içində qıvrılıb məhv olacaq və sən bu hala fərəhlə baxıb güləcəksən! İnsan belə bir vəhşi əxlaqı haradan alır?!
Saxta erməni genosidi adı ilə, bəhanəsi ilə insanlar qan girdabına itələnir, cinayətə sürüklənir, bu işi görən ermənilər, ingilislər və onların havadarları isə özləri dünyadan məhəbbət umurlar. Elə isə ingilis yazıçısı ilə caninin, qatilin və ya ingilis yazıçısı ilə Satananın-İblisin, ingilis yazıçısı ilə Stalinin və Hitlerin, Mussolinin nə fərqi oldu?! Yəqin ki, vətənpərvər qüvvələr, gənclərimiz nə vaxtsa qalxıb ingilis yazıçılarının əsərlərini yandıracaqlar - bəlkə onda ingilis yazıçıları ayıla, ağıllana. Özlərini dünya ictimaiyyətinin gözündə təmizə çıxartmaq üçün “erməni genosidinin” yalan olduğunu, onları uydurduğunu etiraf edib dünyadan- əslində Türk Dünyasından üzr istəyə. Hər halda mən böyük məmuniyyətlə burada adı keçən ingilis yazıçılarının kitablarının Azərbaycanda təcili yandırılmasını könüldən arzu edirəm.

Əli KƏrimbəyli
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed