Şrift:
Suriyadakı müharibə Türkiyədə meşə yanğınlarına səbəb olur
01.12.2013 [17:25] - Gündəm, Türk dünyası-Turan
Suriyada hökumət qüvvələrinin sərhədə yaxın bölgələrə hava hücumları nəticəsində son iki ildə Türkiyədə 2 227 hektar meşə sahəsi məhv olub.
"Anadolu" agentliyi məlumat verir ki, aviazərbələr zamanı partlayan bombalar Suriya-Türkiyə sərhədində meşə yanğınlarına səbəb olur. Sərhədə yaxın bölgələrə hava hücumları zamanı baş verən yanğınlar bir sıra hallarda Türkiyə tərəfə də keçir.
Antakya meşəbəyliyinin əməkdaşları son 2 ildə sərhəd xəttində baş vermiş təxminən 60 yanğın hadisəsinə müdaxilə ediblər.
Meşəbəylik yanğından zərər görən 2 227 hektar ərazidə ağac əkmə işlərinə başlayıb.
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed