Şrift:
Jalə Təbrizi BMT-nin dini və etnik azınlıqları üzrə 6-cı forumunda çıxış edib
02.12.2013 [09:08] - Güney Azərbaycan xəbərləri, Hüquq
Tanınmış Güney azərbaycanlı insan haqları müdafiəçisi xanım Jalə Təbrizi Cenevrədə BMT-nin dini və etnik azınlıqları üzrə 6-cı forumunda 2013-cü il 26 və 27 noyabrda çıxış edib.
Xanım Təbrizi noyabrın 26-da İranda Əhli-haqq təriqətinə mənsub vətəndaşların pozulan hüquqlarından danışıb:


Hörmətli rəis
Güney Azərbaycanda türk kökənli əhli-haqq vətəndaşların dini mərasimlərinin sərbəst həyata keçirilməsi kimi təməl hüquqları pozulur. 4 milyonluq əhli-haqq İranda ən böyük dini azınlıqdır. Bu dini azınlıq islam cümhuriyyəti tərəfindən tanınmaması ilə yanaşı həmdə təhqir olunur və vətəndaş hüquqlarından məhrum edilir.
Onların dini və mədəni etiqanları məhv olmaqla üz-üzədir, onların bəziləri etiraz əlaməti olaraq özlərini yandırır və həyatlarına son qoyullar.
2013-cü ilin iyun ayında İranın şimal-qərb bölgəsi Qəzvin sakini, 22 yaşlı Məhəmməd Qənbəri islam cümhuriyyətinin bu dini azınlıqların istək və şikayətlərinə baxmamasına etiraz olaraq, Özünü İran parlamentinin qarşısında yandırdı. O, bədəninin şiddətli şəkildə yandığına görə xəstəxanaya yerləşdirildi, lakin Tehranın Şəhid Mütəhhəri xəstəxanasında dünyasını dəyişdi.
Əhli-haqqlar işdən qovulurlar. Vəkil Məhəmməd Əkbəri, müəllim Siyavuş Həyati və daha bir çoxları sırf əhli-haqq təriqətinə mənsub olduqlarına görə işlərini itiriblər və... .
Kərəc sakini 27 yaşlı Səfər Fərəci yaxalanıb və bir neçə gün zindanda saxlanılıb. O, zindanda müstəntiqlər tərəfindən təhqir edilib və bığları kəsilib. Halbu ki, bığ əhli-haqqlar üçün müqəddəs sayılır.
3 əhli-haqq Bəxşəli Məhəmmədi, Səhədəli Məhəmmədi və Abdullah Qasimzadə öz dini etiqadlarını evlərinə hücum çəkən təhlükəsizlik qüvvələri qarşısında müdafiə etdiklərinə görə 15 il həbsə məhkum ediliblər. Onlar Urmiyə zindanından Yəzd şəhərinin iki fərqli zindanına sürgün ediliblər.
Daha bir əhli-haqq Yunis Ağayan 2004-dən edam cəzasına məhkum edilib və hələdə daimi qorxu və namüəyyən bir vəziyyətdədir, ona görə ki, hər an edam hökmü icra edilə bilər. Halbu ki, o günahsızdır.
Dünya İnsan haqları qətnaməsinin 18-ci maddəsinə görə, hər bir insan düşüncə, vicdan və din azadlığından bəhrələnməlidir. Bu hüquq fərdi vəya ümumi şəkildə ibadət etmə, dini mərasim keçirmə və din təlimlərini öyrənmə yolları ilə din vəya etiqadı dəyişmə və həmçinin onu izhar etməyə şamil olunur.
Bizim cəmiyyətimizin istəkləri:
Gunahsız Yunis Ağayanın edam hökmü dərhal ləğv olunmalıdır.
İslam Cümhuriyyəti Azərbaycanın türk əhli-haqqlarının din və onların söz azadlığını rəsmən tanımalı və dini etiqadlarına görə insanlara təzyiqləri dayandırmalıdır.
İslam Cümhuriyyəti beynəlxalq qanun və müqavilələrə hörmət etməli və qeyri-şiə olan dini və etnik azınlıqlara qarşı təhqir və ayri-seçkiliyə son qoymalıdır.
Təşəkkür edirəm
Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed