02.12.2013 [09:20] - Gündəm, Hərb
NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin yekunları ilə bağlı bəyanatla çıxış edib.
F. Rasmussen zirvə toplantısının yekunlarını alqışlayaraq Azərbaycan, Gürcüstan və Moldovanı suveren seçimləri ilə əlaqədar təbrik edib: “Mən Azərbaycan, Gürcüstan və Moldovanı Avropa Birliyi ilə münasibətlərdə vacib addımların reallaşdırılması münasibətilə, eləcə də müəyyənlik, mərdlik və yerinə yetirilən mürəkkəb iş səbəbi ilə təbrik edirəm. İmzalanan sazişlər islahatları, ticarəti və humanitar əlaqələri gücləndirəcək. Razılaşmalar Avropada azadlıq, sabitlik və inkişafa töhfə deməkdir. Mən “Şərq tərəfdaşlığı” proqramını alqışlayıram, biz siyasi əməkdaşlıq və iqtisadi inteqrasiya prosesini inkişaf etdirəcəyik. NATO bu məqsədləri bölüşür və təhlükəsizlik sahəsində əməkdaşlıq və tərəfdaşlıq yolu ilə dəstəkləyir”.
Xatırladaq ki, Azərbaycan Avropa Birliyi (AB) ilə viza sadələşdirilməsi haqda saziş imzalayıb. Gürcüstan və Moldova isə AB ilə assosiasiya sazişini paraflayıblar.

Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |