02.12.2013 [10:00] - Güney Azərbaycan xəbərləri, Hadisə
Bu gün axşam saatlarında Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.
Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərinə təsadüf edib. 1.9 bal gücündə olan zəlzələ dekabrın 1-də Bakı vaxtı ilə saat 18:22-də (Tehran vaxtı ilə 17:52-də) yerin 6 km dərinliyində meydana gəlib. Təbii fəlakət Vərziqandan 22 km, Xacədən 25 km və Baxşeyşdən 27 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, 2012-ci ilin avqustunda İranın Şərqi Azərbaycan vilayətinin Əhər, Vərziqan və Heris şəhərlərində 6 və 6.2 bal gücündə olmaqla iki güclü zəlzələ baş verib. Nəticədə rəsmi statistikaya əsasən, 358 nəfər həlak olub, 1380 nəfər yaralanıb, 430 kəndin 40-100%-i dağılıb.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |