Şrift:
Qalatasarayın matçında dava
02.12.2013 [10:55] - İdman
Basdketbol matçında insient yaşanıb
İdman Avroliqada "Olimpiakos" ilə "Qalatasaray Liv Hospital" basketbol klublarının qarşılaşmasının son dəqiqələrində insident baş verib.Türkiyə mətbuatının verdiyi məluamata görə, "Olimpiakos" ilə "Qalatasaray Liv Hospital" qarşılaşmasının bitməsinə 3 dəqiqə qalmış Begiçin Mensah-Bonsuya sərt müdaxiləsindən sonra meydanda vəziyyət daha da qarışıb. Bonsu yumruqla cavab verəndən sonra iki basketbolçu arasında dava başlayıb.

Baş verən davadan sonra azarkeşlər də meydançaya daxil olub. Tribunalardan isə meydançaya müxtəlif əşyalar atılıb. "Olimpiakos"un təcrübəli basketbolçusu Vassilis Spanoulis mikrofonla azarkeşlərini sakitləşdirməyə çalışıb.

Matçın baş hakimi Luigi Lamonica yaşanan davadan sonra ev sahiblərinin komandasından Printezis və Begiç, "Qalatasaray"dan isə Mensah-Bonsu diskvalifikasiya edib. Qarşılaşmada 72-54 hesabı ilə "Olimpiakos" qalib gəldi.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed