03.12.2013 [14:15] - Gündəm, Afişa, Bildiriş
Hər il olduğu kimi 3 dekabr - Beynəlxalq əlillər günü münasibətilə Bakı Uşaq Teatrı Bilgəhdə yerləşən Müharibə və Əmək Əlillərinin Pansionatında, Saray qəsəbəsində yerləşən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat məktəbində bayram tədbiri ilə çıxış etmişdir. Hər zaman öz diqqətinin qayğıya ehtiyacı olanlardan əsirgəməyən Bakı Uşaq Teatrının aktyor və musiqi kollektivi onların qarşısında maraqlı nömrələrlə çıxış etmişlər. Şrek, Tıq-tıq xanım və Siçan bəy, şən klounlar, sehirbaz Tofiq əmi uşaqların qonağı oldular. Bakı Uşaq Teatrı bu həftə Əlillərə və xüsusi qayğıya ehtiyacı olanlarla bağlı bir sıra silsilə tədbirlər həyata keçirmişdir.
Bu xəbər oxucular tərəfindən 1282 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |