Şrift:
Həmyerlimiz Almaniyada keçirilən boks üzrə dünya çempionatının qalibi oldu
04.12.2013 [09:18] - İdman
Cari ilin noyabr ayının 30-da Almaniyanın Beeskov şəhərindəki İdman Sarayında keçirilən GBC (Global Boxing Council) boks versiyası üzrə dünya çempionatında həmyerli idmançımız Azad Əzizov Almaniyadan olan rəqibi Fillip Şusterə qalib gəlmişdir.12 raunddan ibarət olan döyüşdə həmyerli idmançımız xal hesabı ilə rəqibinə qalib gələrək beynəlxalq arenada vakant olan GBC boks versiyası üzrə dünya çempionu adına layiq görülmüşdür. İngiltərədən olan hakim Ken Curtis 117:111, İtaliyadan olan hakimlər Guilio Piras 117:111 və Matteo Montella 118:112 Azad Əzizova üstünlük vermişlər.Həmyerlimizin qalib gəldiyi Dünya kəməri GBC (Global Boxing Council) boks Federasiyasının Almaniyadakı nümayəndəsi Tengis Sade Baron zu Romkerhall tərəfindən rəsmi surətdə təqdim edilmişdir.Beynəlxalq yarışda Brandenburq Əyalətinin dövlət xadimləri, Beeskov şəhərinin bələdiyyə rəisi, digər siyasi və incəsənət xadimləri, eləcə də Azərbaycan diaporunun Almaniyadakı nümayəndələri iştirak ediblər.Yeni dünya çempionumuz Azad Əzizov Mətbuat Xidmətinə bunları bildirib: “Mən çox sevinirəm ki, bugünkü döyüşdə qalib gələrək Vətənimizin bayrağını Almaniyada bir daha uca tutdum. Bu tədbirin tam təşkil olunması üçün Azərbaycan Respublikasının Almaniyadakı Səfiri Pərviz Şahbazov cənablarına, maddi dəstək üçün ARDNŞ-nin Frankfurtdakı nümayəndəsi Elmar Məmmədov cənablarına və Azərbaycan Tələbə Şəbəkəsi”nin rəhbəri İbrahim Əhmədov cənablarına öz dərin minnətdarlığımı bildirirəm. Bu şəxslərin dəstəyi olmasaydı, biz bu qələbəni qazana bilməzdik. Gələn il isə “Odlar Yurdu” boks idman cəmiyyətinin təşkilat komitəsi tərfindən İBO versiyası üzrə dünya çempionatının məhz Azərbaycanda keçirilməsi planlaşdırılır və artıq bu barədə gərəkli olan bütün müqavilələr hazırlanmışdır. Yenə də əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm.”
Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed