22.09.2011 [15:59] - Gündəm
Bu gün gecə saatlarında Mahaçqala şəhərində baş verən iki güclü partlayış nəticəsində zərərçəkənlərin sayının 61 nəfərə çatdığı bildirilir. 61 nəfər yaralananlardan isə artıq birinin öldüyü məlum olub. Məlumatla bağlı RİA Novosti agentliyinə istinad edən SİA xəbər verir ki, Dağıstanın hüquq-mühafizə orqanları daha öncə 21 nəfərin zərər çəkdiyini bildiriblər.
Qeyd edək ki, Mahaçqalanın mərkəzində yerləşən DİN binasının yaxınlığında yerli vaxtla gecə saat 00:45-də və 01:00-da iki avtomobilə yerləşdirilmiş partladıcı qurğunun işə düşməsi nəticəsində güclü dağıntılar meydana gəlib. Müvafiq güc orqanları partlayışın gücünü trotil ekvalentində 40 kiloqrama qədər müəyyənləşdiriblər. Hadisəylə bağlı şəhərin bütün giriş və çıxışlarında hərbi və polis postları yerləşdirilib.

Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |