Şrift:
Nüyvər Şərifova-ın Məmməd Əmin Rəsulzadə haqda şeri
04.12.2013 [12:57] - Mədəniyyət
Nüyvər xanım bədii yaradıcılıq sahəsində öz qələmilə oxucuların diqqətini çəkən və yüksək rəğbətini qazanmış şairə xanımlarımızdan biridir. Onun yaradıcılığında müxtəlif janırlarla bahəm zəngin təxəyyül məhsulları var. Dövrün ictimai-siyasi və sosial əyər-əskikləri şairənin sərrast müşahidələrindən keçərək milli zəmində şeir misralarına çevrilmişdir və hal-hazırda da davam etməkdədir. İstedadlı şairə yeri gəldikcə keçmişimizə də boylanıb tarix səhifələrindən ibrətli məqamları bədii formalarda göz önünə gətirir və gələcəyə düzgün istiqamət verir. Belə bir şair qabiliyyəti xalq arasında müdriklik səriştəsi adlanır. Çoxsaylı oxucular şairəni vətən və xalqını ülvi məhəbbətlə sevən, şeirlərində bu sevgini alovlu misralarla tərənnüm edən fəxri vətəndaş, mübariz Türk xanımı kimi qiymətləndirirlər...
İstedadlı şairənin aşağıda adları qeyd olunan əsərləri vardır: “Nəvəmi verin mənə”,”Gəl birlikdə qoşa gəzək”,”Yurdu talan xarı bülbül”,” Sən tutmasan, kim tutacaq əlimdən”, “Gəzə-gəzə birinin tapacağam yerini”. Nüyvər xanımın publisist fəaliyyətilə əlaqədar “Tanış olaq” ədəbi jurnalının təsisçisidir. O, eyni zamanda DAK üzvü, Az, Respublikası DİN-nin RPİ-nin ictimai şurasının üzvü, “İti qələm birliyi”nin üzvü, “Qarabağ həqiqətlərinin beynəlxalq aləmə tanıtma ictimai birliyi”nin mətbuat xidmətinin rəisi kimi ictimai fəaliyyət göstərir. Onu səmərəli ədəbi fəaliyyətinə görə “Qızıl qələm” cəmiyyəti mükafa layiq görmüşdür. Yaxın zamanda şairənin “Xocalının qan gölləri qurumaz!” adl yeni kitabı çapa hazırlanır.
Nüyvər xanımın Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi bir şeirini hörmətli oxuculara təqdim edirik.



Məmməd Əmin Rəsulzadə

Yurdumuzun şah əsəri ,
Məmmədəmin Rəsulzadə.
Əbədidir qəlbdə yeri,
Məmməd Əmin Rəsulzadə.

Haqq səsimin təməl yolu,
Müstəqillik elin qolu,
Azərbaycan torpağının
Məğrur oğlu ,cəsur oğlu
Mənməd Əmin Rəsulzadə.

İstiqlaliyyət, naliyət,
Sənə bağlı bu söz əlbət,
Xalqa vüqar, xalqa sərvət,
Məmməd Əmin Rəsulzadə.

Qürbət ölkə, qərib ellər,
Məzarında çiçək, güllər,
Ötsə neçə aylar, illər,
Səni sevən var könüllər.
Məmməd Əmin Rəsulzadə.

Heç zəhmətin getməz hədər,
Ucadasan adın qədər,
Məğrur xalqın nə qədər var
Azadlığı şuar edər.
Məmməd Əmin Rəsulzadə.
Bu xəbər oxucular tərəfindən 1969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed