Şrift:
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanın dinlərarası dialoq naziri ilə görüşüb
29.11.2011 [09:56] - Xəbərlər
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 28-də Vatikanın dinlərarası dialoq naziri Jan-Lui Toran ilə görüşüb.
Görüşdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş şəkildə qeyd olunduğu vurğulanıb. Söhbət zamanı ölkəmizin Qərblə Şərq arasında körpü rolu oynadığı, bütün dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı, Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığı xüsusi qeyd edilib. Bildirilib ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və bu münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. Son dövrlərdə Fondun Vatikan kitabxanası ilə qurduğu əməkdaşlıq sayəsində azərbaycanlı mütəxəssislərin bu bilik xəzinəsindən faydalanmasına icazə verilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed