05.12.2013 [10:42] - Diaspor
Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri və tanınmış azərbaycanlı iş adamları ölkədə cərəyan edən son hadisələrə reaksiya veriblər.
Dnepropetrovsk Vilayət Şurasının deputatı, iş adamı Fəxrəddin Muxtarov bildirib ki, son olaylar iri sərmayədarlardan biri kimi onun işinə ciddi maneələr yaradır. Ölkədə kənd təsərrüfatı sahəsinə, taxılçılığa, otel biznesinə sərmayə yatıran azərbaycanlı iş adamı deyib ki, Ukraynada baş verənlər bütün iş adamları və ölkə iqtisadiyyatı üçün arzuolunmazdır: “Əlbəttə, bu, digər tərəfdən ölkədə söz azadlığından, insanların öz hüquqlarını ifadə etməsindən xəbər verir. Bu, Ukrayna vətəndaşı kimi bizi də maraqlandırır və məmnun edir, biz də xalqın iradəsini dəstəkləyirik. Amma arzu edirik ki, tez bir zamanda bu mübahisələr tərəflərin qarşılıqlı razılaşması ilə həllini tapsın və biz iş adamları üçün əvvəlki şərait yaransın. Çünki, bu, birbaşa Ukrayna iqtisadiyyatı üçün vacibdir. Mən şəxsən Dnepropetrovsk başda olmaqla, ölkənin əsas hissəsində iri torpaq sahələrinin əkini, əsasən taxılçılıqla məşğulam. İri şəhərlərə taxıl veririk, o cümlədən qonşu ölkələrə taxıl ixracı ilə məşğuluq. Əlbəttə, bu iş üçün ölkədə sabitlik lazımdır”.
Qərbi Ukraynada Azərbaycan diasporuna rəhbərlik edən İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri, iş adamı Mətləb Nəcəfov isə bəyan edib ki, orada yaşayan azərbaycanlılar da qərbi ukraynalılar kimi avrointeqrasiyanı dəstəkləyir: “Bu kursu burada təkcə sıravi ukraynalılar yox, deputatlar, hətta qubernatorlar da dəstəkləyir. Biz bilirik ki, indiki iqtidar özü avrointerqirasiyada maraqlıdır, lakin etiraf etdikləri kimi, təzyiqlər nəticəsində bunu təxirə salırlar. Ümid edirik ki, xalqın iradəsi qalib gələcək və ölkədə sabitlik olacaq. Çünki bu cür qarşıdurma əlbəttə ki, ukraynalılara lazım deyil. Xüsusən biz iş adamlarına”.
M. Nəcəfov ölkənin qərb hissəsində əsasən nəqliyyat biznesi ilə məşğul olan iş adamı kimi son hadisələrin ona ciddi problemlər yaratdığını söyləyib: “Xüsusən də Avropa ölkələrindən Ukraynaya yük avtomobillərimizin keçirilməsində ləngimələr olur ki, bu da nəinki bizim üçün, Ukrayna iqtisadiyyatı üçün də xoşagəlməz haldır”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, iş adamı Rövşən Tağıyev paytaxt Kiyev və ölkə üzrə baş verən bütün hadisələri diqqətlə izlədiklərini vurğulayıb. Onun sözlərinə görə, müəyyən istisnalar olmaqla, aksiyalarda azərbaycanlıların kütləvi iştirakı nəzərə çarpmır: “Hazırda Kiyevdə aksiyalar çox aktivdir. Ukraynada yaşayan azərbaycanlılar olaraq bizim həm iqtidar, həm də müxalifət liderləri ilə yaxşı münasibətlərimiz var. Ümumiyyətlə, azərbaycanlılara Ukraynada olan xoş münasibət istər biznes sahəsində, istərsə də ictimai-siyasi sahələrdə özünü bariz göstərir. Bu gün ölkədə 800 minə yaxın azərbaycanlı yaşayır. Əlbəttə, əksər ukraynalılar kimi, biz də avrointerqasiyanın tərəfdarıyıq. Yaxşı olardı ki, bu məsələ küçə qarşıdurmaları ilə yox, dəyirmi masalar və dialoqla həll olunsun. Çünki küçədə baş verən qarşıdurmalar Ukraynanın öz imici üçün müsbət hal deyil”.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov isə Kiyevdə kifayət qədər azərbaycanlı gənclərin təhsil aldığını xatırladaraq bildirib ki, hazırda bütün universitetlərdə tətillər dayandırılıb, tədris davam edir: “Dərsdən kənar isə çox az azərbaycanlı tələbə aksiyalarda iştirak edir. Biz Ukraynada yaşayan azərbaycanlı gənclərin təşkilatı olaraq, ötən gün ölkədə baş verənlərlə bağlı toplantı keçirdik və burada oxuyan azərbaycanlı tələbələrə aksiyalara, iğtişaşlara müdaxilə etməməyə tövsiyə etdik. Biz təşkilat olaraq Ukrayna xalqının iradəsinə təbii ki, hörmətlə yanaşırıq, amma azərbaycanlı gənclərə bildirdik ki, yerli vətəndaş olmadığımız üçün tələbələrimizin ölkədaxili proseslərə qarışması düzgün deyil”.
A. Tahirov onu da əlavə edib ki, ara-sıra yerli vətəndaş olan azərbaycanlı gənclərin aksiyalarda iştirakını eşidirlər, amma indiyə qədər hansısa azərbaycanlı gəncin xəsarət alması barədə məlumat yoxdur.

Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |